“Rhenus Logistics”in Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin 5 ili tamam olur – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

“Rhenus Logistics”in Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin 5 ili tamam olur – FOTO – VİDEO

S.Xankişiyeva10:00 - 04 / 05 / 2021
“Rhenus Logistics”in Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin 5 ili tamam olur – FOTO – VİDEO

Dünyanın 25 ən böyük logistika şirkətlərindən biri olan alman beynəlxalq nəqliyyat şirkəti “Rhenus Logistics”in (Renus Locistiksin) Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin bu il 5 ili tamam olur.

“Rhenus Freight East Gmbh”in (Renus Frayt İst MMC-nin) Ditsenbax şəhərində yerləşən baş ofisinin İcraçı Direktoru cənab Reyner Tobias şirkət tərəfindən təqdim edilən xidmətlər və şirkətin regiondakı fəaliyyəti haqda danışdı.

- Cənab Tobias, Sizi "Rhenus Freight East Gmbh" şirkətinin Azərbaycandakı fəaliyyətinin bu ilk ildönümü münasibətilə təbrik edirik.

- Təşəkkür edirəm. Yerli bazarın bir hissəsi olmaqdan qürur duyuruq, eləcə də, Azərbaycanın sürətli inkişafını müşahidə etmək imkanı şəxsən mənim üçün qürurvericidir. Əslində, Azərbaycan bazarına xeyli daha öncədən xidmət etməyə başlamışıq. Almaniya və Azərbaycan arasında iqtisadi əlaqələr genişdir, bizim sənaye, tibb və istehlak malları sahələrindən olan alman müştərilərimizin Azərbaycana logistika ximətlərinə mütəmadi ehtiyacları yaranırdı. Azərbaycanda yükü qəbul edən tərəflərə göstərdiyimiz xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Azərbaycanda nümayəndəliyimizi açmağa qərar verdik. Məlumdur ki, kommunikasiya imkanları və yükün elektron izlənilməsi sistemlərinin mövcud olmasına baxmayaraq, yük və ya gömrük sənədləşməsi, yaxud treylerlərin marşrutdakı yeri ilə bağlı vacib məsələləri yerli heyətlə birbaşa müzakirə etmək yükü qəbul edən tərəflər üçün daha asandır və daha tez başa gəlir. “Rhenus Logistics”in üstünlüyü yük maşınlarının hərəkət etdiyi bütün marşrut boyu öz nümayəndəlik və ya təmsilçilərinin olmasıdır, fərq etməz, Almaniya, Türkiyə, Gürcüstan və ya Azərbaycanda, bu, yarana biləcək istənilən sualı və ya problemi yükün hərəkət etdiyi marşrut boyu yerində həll etməyə imkan verir. "Rhenus Freight East Gmbh"in Azərbaycandakı nümayəndəliyinin işçi heyəti Xəzər regionunda beynəlxalq yük daşımaları sahəsində on beş ildən artıq iş təcrübəsinə malik olan mütəxəssislərdən ibarətdir və malların idxalı ilə əlaqəli bütün incəliklər və tələblərə tam bələddir.

- Azərbaycandakı fəaliyyətinizin əsas istiqamətləri haqda danışa bilərsinizmi?

- Bu illər ərzində çox fərqli yüklərin nəqlini həyata keçirmişik – Sumqayıtda Azərbaycan-Alman birgə neft-kimya zavodu üçün iri ölçülü avadanlığı olan gəminin fraxtı, habelə radioaktiv mənbəli avialayner çarteri, Formula 1 yarışları üçün yükdaşımalardan tutmuş mebel, dərman vasitələri, geyim, ehtiyat hissələri və çini əşyalara qədər. Həftəlik əsasda avtomobil yolları ilə konsolidasiya edilmiş (qruppaj/yığma) yükdaşımaları Azərbaycana yükdaşımaların əsas istiqaməti olaraq qalmaqdadır – bu daşımalar “Rhenus Freight East Gmbh”in Ditsenbax şəhərindəki anbarı vasitəsilə həyata keçirilir. Hazırkı pandemiya dövründə qruppaj yükdaşımaları xüsusilə aktuallaşıbdır – belə ki, indi sahibkarlar nəqliyyat və anbar xidmətlərində qənaət etməyə çalışırlar. Bu nəqliyyat növü bahalı hava nəqliyyatının alternativi olaraq müştərilərə kiçik yükləri belə nisbətən qısa zamanda (təxminən 14 günə) almağa imkan verir. Qruppaj yükdaşımalarına tələbat artdığından “Rhenus Logistics” rəhbərliyi Xəzər regionu ölkələrinə və Ukraynaya göndərilən yüklərin emalı üçün nəzərdə tutulan anbar sahələrini genişləndirməyə qərar vermişdir. 2022-ci ilə planlaşdırılan yeni anbarın tikintisi başa çatandan sonra, “Rhenus Freight East Gmbh” ümumi kateqoriyalı yüklərin saxlandığı sahəni genişləndirməklə yanaşı, təhlükəli və soyudulmuş malların emalı üçün də sahəyə malik olacaqdır.

- Təcrübəniz və regionla bağlı planlarınız böyük təəsürat yaradır. “Rhenus Logistics” şirkətinin qlobal miqyasda fəaliyyəti və strategiyası haqda danışa bilərsinizmi?

- İllik dövriyyəsi 5.5 milyard avro olan “Rhenus Group” dünyanın aparıcı logistika xidməti təchizatçılarından biridir. “Rhenus”a məxsus olan 750 müəssisədə 33000 insan çalışır. “Rhenus Group” bütün təchizat zənciri boyu öz həllərini geniş dairədə olan çoxsaylı sahələrə təklif edir – bu həllərə çoxmodal daşımalar, anbar xidməti, gömrük rəsmiləşdirməsi və əlavə dəyərlə bağlı innovativ xidmətlər də daxildir. Rəqəmsal logistika həllərinə üstünlük verərək və 100 ildən artıq bir tarixçəyə malik olaraq, biz ənənələri gələcəyə yönəlik düşüncə tərzi ilə birləşdiririk: “Rhenus”da gördüyümüz bütün işlərin mərkəzində müştərilərimiz dayanır. Logistika xidmətlərinin təchizatçısı olaraq özümüzü müştərilərimizin tərəfdaşı kimi görürük. Məhz buna görə də, təchizat zəncirinizdəki son dərəcə mürəkkəb logistika proseslərini təhlil edir, satınalma, istehsal və paylama ilə bağlı fərdi ehtiyaclara uyğunlaşdırılmış həllərin vasitəsilə logistika proseslərini optimallaşdırırıq. Biz bütün dünyada müştərilərimizə dəstək veririk və onları bizneslərini genişləndirmələri yolunda müşaiyət edirik.

- Müsahibəyə görə təşəkkür edirik və Sizə biznesinizdə uğurlar arzulayırıq!

Azərbaycanda “Rhenus Freight East Gmbh” ilə əlaqə:
Nümayəndəlik:

+ 994 12 499 7262

+ 994 50 409 34 74

Elektron poçt: [email protected]

https://www.rhenus.group/

Reklam hüququnda

Paylaş:
6440

Son xəbərlər

COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37
Bütün xəbərlər