Dünyada ötən sutka koronavirusa yoluxanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada ötən sutka koronavirusa yoluxanların sayı açıqlanıb

09:17 - 06 / 05 / 2021
Dünyada ötən sutka koronavirusa yoluxanların sayı açıqlanıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 721 mindən çox artıb.

1news.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 721 398 nəfər yeni koronavirusa yoluxub, 11 491 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 153 954 491, ölənlərin isə 3 221 052 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az

Paylaş:
558

Son xəbərlər

Bütün xəbərlər