Paşinyan: “Azərbaycanla yeni sənəd imzalamağa hazırlaşırıq” | 1news.az | Xəbərlər
Siyasət

Paşinyan: “Azərbaycanla yeni sənəd imzalamağa hazırlaşırıq”

Qafar Ağayev12:40 - 20 / 05 / 2021
Paşinyan: “Azərbaycanla yeni sənəd imzalamağa hazırlaşırıq”

“Azərbaycanla yeni sənəd imzalamağa hazırlaşırıq”.

1news.az-ın xəbərinə görə, Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinin iclasında deyib.

O, bildirib ki, əgər Azərbaycan öz razılığını versə, onda o, bu sənədi imzalayacaq: “Əgər Azərbaycan bizim razılaşmalarımızı yerinə yetirsə və haqqında danışdığımız şərtləri yerinə yetirsə, mən bu sənədi imzalayacağam”.

Paşinyan qeyd edib ki, danışıqlar hələ də davam etdiyindən sənədin mətnini açqılamır.

“İşçi sənədi açıqlamaq düzgün deyil”.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Paylaş:
547

Son xəbərlər

Kərim Vəliyev İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşübBu gün, 12:35“Olivia”nın yeni reklam çarxı bütün ölkəyə səs saldı – “S.O.S” fərqli təqdimatda - VİDEOBu gün, 12:30Kolleclərə direktorlar təyin olunubBu gün, 12:15“Gənclər heç kimin təsiri altına düşməməlidirlər”Bu gün, 12:10Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edibBu gün, 11:49Prezident Qarabağ Universitetinin tələbələri ilə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışıbBu gün, 11:41İlham Əliyev: “Bax, bütün bu amillər bir yerdə olanda, heç bir qüvvə o xalqın qabağında dura bilməz”Bu gün, 11:37Bakıda kirayə mənzil bazarında vəziyyət – Hansı hallar qiymətlərə təsir edə bilər?Bu gün, 11:26İlham Əliyev: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcəkBu gün, 11:18Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələri ilə bağlı iclas keçirəcəkBu gün, 11:16Bu gün Azərbaycanda Dövlət Suverenliyi GünüdürBu gün, 11:10Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 11:04DİN: Ötən gün 9 tüfəng və 1 tapança təhvil götürülübBu gün, 10:44Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilibBu gün, 10:41Cəlil Xəlilov: “Onlar bu gün də xalqımızın rifahı üçün əzm və fədakarlıqla çalışmaqdadır”Bu gün, 10:20Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirirBu gün, 10:19Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİBBu gün, 10:16Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08Dünya bazarlarında qızılın qiyməti bahalaşıbBu gün, 09:52COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcəkBu gün, 09:38
Bütün xəbərlər