Deputat: “Prezidentin konfransda səsləndirdiyi fikirlər siyasi rezonansa səbəb oldu” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Prezidentin konfransda səsləndirdiyi fikirlər siyasi rezonansa səbəb oldu”

Qafar Ağayev18:30 - 21 / 05 / 2021
Deputat: “Prezidentin konfransda səsləndirdiyi fikirlər siyasi rezonansa səbəb oldu”

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər kifayət qədər böyük siyasi rezonansa səbəb olub”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat qeyd edib ki, Prezidentin səsləndirdiyi fikirləri Azərbaycanın postmüharibə dövründə siyasətinin əsas konturlarını əks etdirir.

“Həmin konturlar nədən ibarətdir? Cənab Prezident vurğuladı ki, postmüharibə dövrünə aid problemin sülh yolu ilə, danışıqlar yolu ilə həllini dəstəkləyir və regionda sülhə, təhlükəsizliyə təminat verən əməkdaşlıq mühitinin yaradılmasını istəyir. Bu istiqamətdə də konkret təkliflərlə çıxış edib, altıtərəfli əməkdaşlıqla bağlı Ermənistana təklif var idi ki, bu prosesdə iştirak etsin. Eyni zamanda cənab Prezident qeyd elədi ki, əməkdaşlığın alternativi yalnız qarşıdurma ola bilər ki, bu da region üçün olduqca təhlükəlidir. Əməkdaşlıq edərkən də 10 noyabr və 11 yanvar sənədləri bizim üçün mühüm hüquqi bazadır, yol xəritəsi kimi fəaliyyət göstərir. Xüsusilə də əməkdaşlıq mühitindən danışarkən nəqliyyat-kommunikasiya xətlərinin bərpası ön plana çıxır. Cənab Prezident vurğuladı ki, bu istiqamətdə Azərbaycan üzərinə düşən addımları atmaqdadır. Ordubad-Naxçıvan dəmir yolu xətti fəaliyyət göstərir, Horadiz-Ağbənd dəmir yolunun çəkilişi davam edir. Artıq söhbət gedir 1 kilometrlik Naxçıvan ilə Ağbənd arasında olan məsafədən, yəni, Şərqi və Qərbi Zəngəzuru birləşdirən bir dəhlizdən söhbət gedir, uzunluğu 40 kilometrə yaxın məsafədir. Azərbaycan bu məsələyə prioritet məsələ kimi baxır, belə bir layihənin reallaşdırmaq regionda əsl əməkdaşlıq mühitini formalaşdıra bilər. Bu ümumi region üçün faydalıdır, Ermənistan blokadadan çıxması üçün həlledici əhəmiyyətə malikdir".

“Cənab Prezidentin ən mühüm mesajlarından biri ermənilərin son zamanlar gündəmə gətirdikləri qondarma hərbi əsir məsələsi ilə bağlı oldu” – deyə, deputat fikirlərinə əlavə edib:

“Cənab Prezident bunu dəfələrlə vurğulayıb, Azərbaycanda hazırda hərbi əsir yoxdu. Bəli hərbi əsir var idi, Azərbaycan onları qaytardı. Sonuncu dəfə mayın əvvəlində daha 3 nəfər erməni ölkəsinə təhvil verildi. Onların diversiyada iştirakı sübuta yetirilmədi, ona görə də onlar geri qaytarıldı. Hazırda Azərbaycanda erməni diversantlar, terrorçular saxlanılır. Onlarla bağlı da beynəlxalq hüquqa uyğun şəkildə addımlar atılacaq. Cənab Prezident ermənilərin Azərbaycana qarşı apardığı mina müharibəsindən də danışdı. Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana vermək istəmir. Ermənistan bununla bütün beynəlxaq hüquq normalarını pozur”.

Deputat qeyd edib ki, Azərbaycan sülhpərvər dövlərdir.

“Azərbaycan heç bir dövlətin ərazisinə təcavüz etməyib və belə planı da yoxdur. Azərbaycanın öz ərazisi təcavüzə məruz qalmışdı, onu da hesabına, ordumuz, Ali Baş komadan hesabına həll etmiş oldu. Azərbaycan öz tarixi torpaqlarına qayıdıb, Sovet İttifaqı zamanı 1975-ci ildə çəkilmiş xəritə var, ona istinadən Qaragöl ərazisində sərhəddini müəyyən edib. Ermənistan sadəcə beynəlxalq ictimaiyyətin fikrini çatdırmaq və regionda gərginlik yaratmaq istəyir.

“Prezidentin verdiyi önəmli mesajlardan biri də ABŞ-la hərbi əməkdaşlıqla bağlı məsələsidir” – deyə, E.Nəsirov fikirlərinə əlavə edib:

“Artıq müharibə bitib və ABŞ-dan silah alışı sahəsində də əməkdaşlıq üçün imkan yaranıb. Müharibə dövründə birləşmiş ştatlardan silah ala bilmirdik, bunun da izahı onunla bağlı idi ki, iki dövlət arasında müharibə başa çatmayıb. İndi isə tamamilə fərqli reallıqdır”

Paylaş:
805

Son xəbərlər

COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37
Bütün xəbərlər