Milli Məclis komitələrinin birgə iclasında Şuşa şəhəri haqqında qanun layihəsi müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclis komitələrinin birgə iclasında Şuşa şəhəri haqqında qanun layihəsi müzakirə olunub

Qafar Ağayev15:03 - 26 / 05 / 2021
Milli Məclis komitələrinin birgə iclasında Şuşa şəhəri haqqında qanun layihəsi müzakirə olunub

Mayın 26-da Milli Məclisin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin videokonfrans formatında birgə iclası keçirilib.

1news.az xəbər verir ki, iclası açan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirib ki, bu tarixi qanun layihəsi birinci oxunuşda geniş müzakirə olunub. Diqqətə çatdırıb ki, deputatların birinci oxunuşda səsləndirdiyi təkliflər bu qanun qəbul edildikdən sonra onun tətbiqi ilə əlaqədar qəbul ediləcək sənədlərdə öz əksini tapacaq.

İclasda çıxış edən Milli Məclis Sədrinin birinci müavini, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsinin hüquqi məsələləri ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, bu qanunun ideya müəllifi cənab Prezident özüdür. Qanun layihəsi, əslində dövlət qoruğu haqqındadır və hüquqi qanunvericilik texnikasına uyğundur. Bu qanun layihəsi, əslində Şuşa şəhərinin qorunması məqsədilə cənab Prezidentin gələcəyə baxışıdır. Yəqin ki, qanun layihəsində göstərilən bir sıra məsələləri tənzimləyəcək yeni qanun layihələrinin qəbuluna ehtiyac olacaq.

Onlayn iclasda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsinin iqtisadi aspektləri, işləmə mexanizmləri barədə fikirlərini bildirib, qeyd və təkliflərini diqqətə çatdırıb.

İclasda Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanunun tətbiqi zamanı qarşıya çıxacaq məsələlər, sakinlərin geri qayıtması, orada bələdiyyələrin fəaliyyəti barədə fikirlərini bildirib.

Müzakirələrin yekununda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda Milli Məclisin deputatları Novruz Aslanov, Cavanşir Feyziyev, Əli Məsimli, Fazil Mustafa, Əziz Ələkbərli, Elşən Musayev, Ülviyyə Ağayeva və Ülviyyə Həmzəyeva iştirak ediblər.

Paylaş:
1254

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər