Əməliyyatdan sonra iki ay qarnında qayçı ilə yaşadı - FOTO | 1news.az | Xəbərlər
Dünya

Əməliyyatdan sonra iki ay qarnında qayçı ilə yaşadı - FOTO

17:54 - 28 / 05 / 2021
Əməliyyatdan sonra iki ay qarnında qayçı ilə yaşadı - FOTO

Türkiyənin Aydın vilayətinin Kuşadası rayonunda yaşayan qadın iki ay qarnında qayçı ilə yaşayıb.

1news.az sherq.az-a istinadən xəbər verir ki, 65 yaşlı Nurcahan Öğmen mart ayında mədəsindən əməliyyat olub. Bir gün sonra evə buraxılan qadın ağrılarının keçmədiyinə görə bir ay sonra yenidən başqa bir xəstəxanaya müraciət edib. Rentgen nəticəsində məlum olub ki, onun qarnında qayçı unudulub. Yenidən əməlliyat edilən qadının qarnından qayçı çıxarılıb.

Əməliyyatı keçirən həkimi və xəstəxana rəhbərliyini məhkəməyə verən qadın deyib ki, dəfələrə gedib ağrılardan şikayət etsə də, onu geri göndərərək heç bir problem olmadığını deyiblər.

1news.az

Paylaş:
763

Son xəbərlər

Bütün xəbərlər