Ümumdünya Mətbuat Şuraları Assosiasiyası Sirac Abışov və Məhərrəm İbrahimovun həlak olmaları ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

Ümumdünya Mətbuat Şuraları Assosiasiyası Sirac Abışov və Məhərrəm İbrahimovun həlak olmaları ilə bağlı bəyanat yayıb

Qafar Ağayev15:31 - 07 / 06 / 2021
Ümumdünya Mətbuat Şuraları Assosiasiyası Sirac Abışov və Məhərrəm İbrahimovun həlak olmaları ilə bağlı bəyanat yayıb

Tərkibində Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Ümumdünya Mətbuat Şuraları Assosiasiyası AZTV-nin operatoru Sirac Abışovun və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun mina partlayışı nəticəsində həlak olmaları ilə bağlı bəyanat yayıb.

Azərbaycan Mətbuat Şurasından 1news.az-a verilən məlumata görə, bəyanatda bildirilir:

“2021-ci il iyun ayının 4-də Azərbaycanın Kəlbəcər rayonunda iki media əməkdaşı – AZTV-nin operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov mina partlayışı nəticəsində həlak olublar. Bu hadisə Ümumdünya Mətbuat Şuraları Assosiasiyası tərəfindən təəssüf və kədərlə qarşılanıb. Hər iki media təmsilçisinin doğmalarına, əzizlərinə və həmkarlarına dərin hüznlə başsağlığı veririk.

Media əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən həlak olmaları, onlara qarşı hücumlar müasir dünyanın olduqca qorxunc və sarsıdıcı tendensiyasıdır. Çünki jurnalistlərlə birgə hücuma məruz qalan sözdür. Cəmiyyətin informasiya almaq hüququna qarşı sipər çəkilməsi tərəfimizdən hiddətlə qarşılanmaqdadır. Sirac Abışovun və Məhərrəm İbrahimovun həyatlarını itirmələrini məhz belə qiymətləndiririk. Bu qorxunc əməli törədənlərin tezliklə layiqli cəzalarını almalarını diləyirik. Bunun üçün isə beynəlxalq ictimaiyyətin məsələyə ciddi reaksiya verməsinə ehtiyac var.

Bizdə olan məlumata görə, Azərbayanın işğaldan azad edilmiş torpaqlarında minalanmış ərazilər problemi xeyli dinc şəxsin həyatına son qoyub. O da məlumdur ki, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. M.İbrahimovun və S.Abışovun həlak olmaları göstərdi ki, jurnalistika da yaranmış xoşagəlməz durumdan zərər görür. Hər iki media təmsilçisi Kəlbəcərə özlərinin peşə vəzifələrini yerinə yetirmək üçün getmişdilər.

Bütün bunları nəzərə alaraq beynəlxalq ictimaiyyətə, media qurumlarına müraciət edir və bildiririk ki, 21-ci əsrdə bütövlükdə insanlığa qarşı yönəlmiş belə hərəkətlərin aradan qalxması üçün ciddi həmrəylik nümayişinə ehtiyac var. M.İbrahimovun, S.Abışovun, eləcə də mina partlayışından həlak olmuş digər azərbaycanlıların faciəli aqibəti hər kəsə siqnal olmalıdır. Hər kəs şüurlu şəkildə dərk etməlidir ki, Ermənistana mövcud istiqamətdə təzyiqin göstərilməsi şərtdir. Bizim üçün əsas olan xidməti vəzifəsini yerinə yetirən jurnalistlərin təhlükəsizliyidir. Çox arzu edərdik ki, bu təhlükəni yaradan problemə həssas yanaşılsın, onun aradan qaldırılmasındakı bütün üsul və vasitələrdən istifadə edilsin”.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasını sədri Əflatun Amaşov hazırda Ümumdünya Mətbuat Şuraları Assosiasiyası sədrinin birinci müavinidir.

Paylaş:
1365

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər