Cozef Bayden və Vladimir Putinin görüş yeri müəyyənləşib | 1news.az | Xəbərlər
Siyasət

Cozef Bayden və Vladimir Putinin görüş yeri müəyyənləşib

Qafar Ağayev15:18 - 10 / 06 / 2021
Cozef Bayden və Vladimir Putinin görüş yeri müəyyənləşib

ABŞ Prezidenti Cozef Bayden və Rusiya lideri Vladimir Putin arasında danışıqlar iyunun 16-da Cenevrə şəhərinin “La Grange” parkında yerləşən eyniadlı villada baş tutacaq.

1news.az AZƏRTAC istinadla xəbər verir ki, bu barədə İsveçrənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İsveçrə sammitin keçirilməsi üçün Cenevrə şəhərini seçməklə ölkəyə göstərilən etimada görə hər iki dövlətə minnətdarlığını bildirir”, - deyə xarici siyasət idarəsinin “Twitter” səhifəsində bildirilib.

İyunun 8-dən Cenevrədə ABŞ və Rusiya liderlərinin görüşü üçün aktiv hazırlıq işləri başlayıb. Sammitlə əlaqədar olaraq ziyarətçilər üçün bağlanan “La Grange” parkında təhlükəsizlik tədbirləri tədricən gücləndirilir və ətrafa hasar çəkilir. Hava hücumundan müdafiə sistemləri və radarların parkın yaxınlığındakı Cenevrə gölü sahillərinə yerləşdiriləcəyi planlaşdırılır.

Yerli KİV-lərin məlumatına görə, Cozef Baydenin yerləşmə ehtimalı olan “Intercontinental Hotel” ətrafında antena və xüsusi texnika ilə təchiz olunan zirehli maşınlar görünür. Bu vasitələr ABŞ Prezidentinin təhlükəsizliyini təmin etməlidir.

Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden və Rusiya lideri Vladimir Putin arasında görüş iyunun 16-da Cenevrə şəhərində keçiriləcək. Danışıqlarda ABŞ-Rusiya münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri, strateji sabitlik, həmçinin koronavirus pandemiyası ilə mübarizədə qarşılıqlı fəaliyyət də daxil olmaqla gündəlikdə duran beynəlxalq məsələlər müzakirə olunacaq. Bu, Cozef Baydenin ABŞ Prezidenti postuna seçildikdən sonra Vladimir Putinlə ilk şəxsi görüşüdür. Danışıqlar zamanı hər hansı bir sənədin imzalanması planlaşdırılmır.

Qeyd edək ki, XVIII əsrdə tikilən “La Grange” villası Cenevrə gölü sahilində mənzərəli yerdə, 21 hektarlıq ərazidə yerləşir.

Paylaş:
519

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər