İlham Əliyev: “Birgə bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir”
"Bu günün imzalanan bəyannəmənin adı müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsidir".
1news.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatı zamanı söyləyib.
Dövlət başçısı bildirib:
"Bu gün həyatımızın tarixində əlamətdar gündür. Tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq.
Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il əvvəl imzalanmışdı. Bu da çox rəmzi məna danışır, 100 ildən sonra işğaldan azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir . Bəyannamədə bir çox məsələlər öz əksini tapır"