“Biz Pakistanın müdafiə sənayesi məhsullarına çıxışımız olduğuna görə məmnunuq” – İlham Əliyev
Biz Pakistanın müdafiə sənayesi məhsullarına çıxışımız olduğuna görə məmnunuq.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 21-də Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Bildiyiniz kimi, biz bu məhsulları alırıq, bu da bizim hərbi potensialımızı gücləndirir. Düşünürəm ki, qarşıdakı illərdə biz hərbi əməkdaşlığımızı genişləndirməli və tərəfdaşlığımızı gücləndirmək üçün birgə hərbi təlim və başqa təşəbbüslər planlaşdırmalıyıq. Əminəm ki, bu və bir çox başqa məsələlər həmkarlarınızla müzakirə mövzuları kimi sizin gündəliyinizdə olacaq".
453