Deputat: “Yeni bir dalğanın qarşısını ala bilmək üçün peyvənd olunmalıyıq” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Yeni bir dalğanın qarşısını ala bilmək üçün peyvənd olunmalıyıq”

Qafar Ağayev11:08 - 24 / 06 / 2021
Deputat: “Yeni bir dalğanın qarşısını ala bilmək üçün peyvənd olunmalıyıq”

“Ötən dövr ərzində COVİD-19-la mübarizədə Azərbaycan nümunəvi addımlar ata bildi”.

Bunu 1news.az-a açılqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputat bildirib ki, vətəndaşlarımızın sağlamlığını qorumaq üçün zəruri addımlar ataraq bu missiyanın öhdəsindən gəlindi:

“Əksər dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın həyata keçirdiyi bu siyasəti nümunəvi addım kimi dəyərləndirdi. Xüsusilə 2021-ci ildə vaksinlərin Azərbaycana gətirilməsi və vətəndaşların peyvəndlənməsi kampaniyasına başlanılması bu günlərdə karantin rejimini şərtləndirən səbəblərdən oldu. Bizim vətəndaşlarımız da qanunlara tabe olaraq həm sosial məsafənin qorunması, həmçinin tibbi maskalardan istifadə olunmasına əməl etdilər. Hal-hazırda isə vaksinasiya göstəricilərinə görə MDB məkanında Azərbaycan liderdir. Ancaq bütün buna baxmayaraq, hələ də vaksin olunmayan vətəndaşlarımız var.

Etiraf etməliyik ki, pandemiya ilə mübarizənin tək çıxış yolu əhalinin ən azından 70-80 faizinin vaksinasiya olunmasından keçir. Bu baxımdan da qarşıda hansısa yeni bir dalğanın qarşısını ala bilmək üçün vaksinasiyanı mütləq həyata keçirməliyik.

Sevindirici haldır ki, Azərbaycan dövləti tərəfindən vaksinlə bağlı problem tamamilə aradan qaldırılıb. Əgər başqa ölkələrdə vaksin çatışmazlığı varsa, vaksinlərin əldə edilməsində müəyyən problemlər yaşayırsa, Azərbaycanda bundan fərqli olaraq istifadəsinə icazə verilən vaksinlərin gətirilməsi və peyvəndlənmə prosesi üçün lazımı şərait yaranıb. Hal-hazırda 18 yaşdan yuxarı bütün Azərbaycan vətəndaşları peyvənd vurdura bilərlər və nəticə etibarı ilə həm “kovid pasportu” əldə edirlər, həmçinin də immunitetə görə sertifikat əldə etmək olur. Bu da istər istəməz həmin vətəndaşların tədbirlərdə, bir çox obyektlərdə olmalarına imkan verir ki, bu da mənim fikrimcə vətəndaşlar üçün çox müsbət irəliləyişdir”.

Deputat qeyd edib ki, xaricə səfər zamanı da PCR testlərinə ehtiyac yoxdur:

“Bir çox ölkələr “kovid pasportu” və immunitet sertifikatı ilə səyahətlərə icazə verir. Bir sözlə, biz bu gün dövlətimiz tərəfindən həyata keçirilən uğurlu siyasəti dəstəkləməliyik və bu siyasətə kölgə düşürməməliyik. Bu gün vaksinasiyanı etməliyik ki, bizi qarşıda yeni təhlükələr, təhdidlər gözləməsin, baş verə biləcək hansısa bir dalğa olmasın və yaxud olacağı təqdirdə biz bu dalğanı asanlıqla dəf edə bilək. Hamının vaksinasiya olunmasına zərurət var, hər kəsi vaksinasiyada aktiv olmağa dəvət edirik”.

Paylaş:
838

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər