Rusiya və Türkiyə prezidentləri Qarabağı müzakirə ediblər | 1news.az | Xəbərlər
Siyasət

Rusiya və Türkiyə prezidentləri Qarabağı müzakirə ediblər

09:30 - 25 / 06 / 2021
Rusiya və Türkiyə prezidentləri Qarabağı müzakirə ediblər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Putin və Ərdoğan müxtəlif sahələrdə Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə uçuşları bərpa etmək qərarına, eləcə də, "Sputnik V" peyvəndinin tədarükünə başladığına görə Rusiya tərəfinə təşəkkür edib.

30 iyulda Moskvada keçirilməsi planlaşdırılan Birgə İqtisadi Komissiyanın iclasında Türkiyə ilə Rusiya arasında 100 milyard dollarlıq ticarət həcminə çatmaq üçün atılacaq addımlar müzakirə edilib.

Telefon danışığı zamanı Suriyadakı məskunlaşma məsələləri nəzərdən keçirilərkən, İdlibdə və ölkənin şimal-şərqində gərginliyin artmasının qarşısını almaq və bu ərazilərdə qalan terror qruplarına qarşı mübarizə məqsədi ilə Rusiya və Türkiyə hərbçilərinin birgə fəaliyyətlərinin vacibliyi vurğulanıb.

Prezident Ərdoğan Suriya mövzusuna və PKK/YPG-nin Afrindəki bir xəstəxananı hədəf almasına diqqət çəkərək terror hücumlarının artdığını və bölgədəki terrorçuıarın ciddi təhlükə yaratdığını qeyd edib.

Vladimir Putin Cenevrədə ABŞ Prezidenti Co Baydenlə aparılan danışıqlarla bağlı təəssüratlarını Türkiyə lideri ilə bölüşüb.

Telefon danışığı zamanı Rusiya və Türkiyə liderləri Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətinə müsbət qiymət verilib.

Türkiyə Prezidenti Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında təsbit olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsini təmin etmək üçün Rusiyanın səylərini dəstəklədiyini bildirib. İqtisadi inkişaf və regionun nəqliyyat infrastrukturunun bərpası maraqları daxil olmaqla koordinasiyanı davam etdirməyə qarşılıqlı hazırlıq ifadə olunub.

Ərdoğan Putinlə söhbətində ermənilərin Şuşada törətdiyi dağıntılardan bəhs edib. Şuşaya səfəri zamanı ermənilərin regionda yaratdıı dağıntılara şəxsən şahid olduğunu bildirən Prezident Ərdoğan Ermənistanın hazırda sülh və əməkdaşlığa diqqət yetirməli olduğunu və Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında təsbit olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

1news.az

Paylaş:
263

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər