AYİB Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni proqnozlarını açıqlayıb
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artım tempinin 2 faiz təşkil edəcəyini proqnozlaşdırır.
1news.az Trend-ə istinadən bildirir ki, bundan əvvəlki hesabatda da ÜDM-in 2021-ci ildə 2 faiz artacağı proqnozlaşdırılırdı.
Hesabata əsasən, 2022-ci ildə isə Azərbaycan iqtisadiyyatının artım tempi 2,5 faizə bərabər olacaq.
Qeyd olunur ki, Azərbaycan iqtisadiyyatının mərhələli bərpası əsasən qeyri-neft sektorunun hesabına qeydə alınır.
1news.az
310