Baş nazir Lütfi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb | 1news.az | Xəbərlər
Siyasət

Baş nazir Lütfi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb

Qafar Ağayev10:23 - 30 / 06 / 2021
Baş nazir Lütfi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov görkəmli elm xadimi Lütfi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb.

1news.az xəbər verir ki, Qərara əsasən, “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2450 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazırlər Kabineti qərara alır:

1. Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texnikihumanitar liseyə Lütfi Zadənin adı verilsin.

2. Bakı Şəhər İcra Hakimiyyəti Lütfi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.

Paylaş:
721

Son xəbərlər

Bütün xəbərlər