Naqif Həmzəyev: “Sübut olundu ki, Azərbaycan əsirlərə qətiyyən işgəncə verməyib və vermək niyyəti yoxdur” | 1news.az | Xəbərlər
Siyasət

Naqif Həmzəyev: “Sübut olundu ki, Azərbaycan əsirlərə qətiyyən işgəncə verməyib və vermək niyyəti yoxdur”

Qafar Ağayev17:58 - 05 / 07 / 2021
Naqif Həmzəyev: “Sübut olundu ki, Azərbaycan əsirlərə qətiyyən işgəncə verməyib və vermək niyyəti yoxdur”

“Ermənilər uzun illər dünya ictimaiyyətini aldadaraq bütün dünyaya Azərbaycan haqqında yalan informasiyalar yayırdılar”.

Bunu 1news.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. O, qeyd edib ki, Azərbaycan Vətən müharibəsində torpaqlarını işğaldan azad etdikdən sonra ermənilərin əsl iç üzləri, simaları ortaya çıxdı:

“Ermənilərin terrordan qaynaqlandıqları, azərbaycanlılara qarşı hərbi cinayətlər və soyqırımlar törətdiyi hər kəsə məlum oldu. Ermənilər 44 günlük Vətən müharibəsində də eyni cinayətləri təkrar etdilər. Ancaq 44 günlük Vətən müharibəsi bitdikdən sonra Azərbaycan ermənilərin bizim ərazilərimizdə qalan meyitlərininin verilməsini təşkil etdi və onlara şərait yaratdı ki, onlar öz əsgərlərinin və döyüşən ermənilərin cəsədlərini götürsünlər, 1600-dən çox erməni meyiti Ermənistana verildi”.

Deputat bildirib ki, ermənilərin söylədikləri yalanlardan biri də Azərbaycan tərəfinin guya erməni əsirlərə işgəncə verməsi ilə bağlı idi:

“Bu da özünü doğrultmadı. Həm Azərbaycan tərəfin əsirlikdə olan ermənilər üçün məhkəmələr təşkil etməsi, onların qanun qarşısında dindirilməsi və həqiqətlərin ortaya çıxarılması məhz bu müharibədə azərbaycanlılara qarşı cinayət törədən ermənilərin daha sonra Ermənistan tərəfə verilməsi beynəlxalq təşkilatlar tərəfindən alqışlandı. Sübut olundu ki, Azərbaycan əsirlərə qətiyyən işgəncə verməyib və vermək niyyəti yoxdur, Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşır və beynəlxalq konvensiyalara əməl edir.

Çox təəssüflər olsun ki, bütün bu humanizm addımlarına baxmayaraq Ermənistan tərəfi hələ də birinci Qarabağ müharibəsi zamanı əsir olan azərbaycanlılarla bağlı heç bir məlumat təqdim etmir. Ermənistan tərəfi bundan öncədə də minalanmış ərazilərin xəritələrinin olmamasını söyləyirdilər, daha sonra isə onlar bu xəritələri Azərbaycana vermək məcburiyyətində qaldılar. Bir sözlə, Azərbaycan yenə də öz humanizm mövqeyindən çıxış edir, Azərbaycan beynəlxalq hüquq və konvensiyalara hörmətlə yanaşır və onun prinsiplərinə əməl edir, Ermənistan tərəfi isə hələ də səmimi görsənmir.

Ermənistan tərəfi anlamalıdır ki, nə qədər ki, Azərbaycanla münasibətdə səmimi olmayacaqlarsa, itirən tərəf onlar olacaq, nəticə etibarı ilə özlərini bölgədə təcrid edəcəklər və dünya ictimaiyyətini, beynəlxalq təşkilatları aldada bilməyəcəklər. Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfərdən sonra işğaldan azad olunmuş ərazilərə beynəlxalq təşkilatların nümayəndələrini, xarici jurnalistləri dəvət edərək ərazilərdə ermənilərin törətdiyi vəhşilikləri gözləri ilə görmələrinə imkan yaradır və nəticə etibarı ilə ermənilərin iç üzü ortaya çıxır. Eyni tədbirlər hazırda da davam etdirilir.

Bir sözlə ermənilərin yalan danışması və qeyri-səmimi davranışları hər kəs tərəfindən bilindiyi üçün onların tək çıxış yolu Azərbaycan tərəfi ilə münasibətləri yaxşılaşdırmaq, Azərbaycana həm mina xəritələrinin, həm də birinci Qarabağ müharibəsində şəhidlərimiz və əsirlər barədə məlumatların verilməsindən keçir. İstənilən halda Ermənistan anlamalıdır ki, regionda daimi sülhün bərpa olunması labüddür, Azərbaycan və bütün qonşular bunu istəyir. Ermənilər də artıq düşmənçilik siyasətindən əl çəkməlidir".

Paylaş:
604

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər