Haiti Prezidenti və həyat yoldaşı sui-qəsd nəticəsində öldürülüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Haiti Prezidenti və həyat yoldaşı sui-qəsd nəticəsində öldürülüb - YENİLƏNİB

17:14 - 07 / 07 / 2021
Haiti Prezidenti və həyat yoldaşı sui-qəsd nəticəsində öldürülüb - YENİLƏNİB

Haiti Prezidentinin həyat yoldaşı, ölkənin birinci xanımı Martine Mouse də sui-qəsd nəticəsində aldığı yaralardan ölüb.

1news.az APA-ya istinadən bildirir ki, bu barədə Haiti mətbuatı məlumat yayıb.

Bildirilib ki, o, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Haiti Prezidenti Xovenel Moise və həyat yoldaşına iqamətgahında sui-qəsd olub. Naməlum şəxslər iqamətgaha daxil olaraq onları güllələyib. Prezident hadisə yerində ölüb, həyat yoldaşı isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

14:35

Haiti Prezidentinə sui-qəsd olub.

1news.az bildirir ki, APA-nın "Daily Beast" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin keçid Baş naziri Klaude Cozep bildirib.

Onun sözlərinə görə, Prezident Xovenel Moisenin şəxsi iqamətgahına gecə saatlarında hücum olub və o güllələnib.

"Kimliyi hələlik müəyyənləşdirilməyən bir qrup şəxs gecə Prezidentin iqamətgahına hücum edib, bu şəxslərin bəziləri ispan dilində danışıb. Onlar Prezidenti güllələyiblər. Prezidentin həyat yoldaşı isə yaralanıb. Birinci xanım xəstəxanaya yerləşdirilib", - deyə Baş nazirin bildirib.

1news.az

Paylaş:
850

Son xəbərlər

Bütün xəbərlər