Haiti prezidentinə sui-qəsddə şübhəli bilinən şəxslər saxlanılıb
“Çərşənbə günü iqamətgahına hücum nəticəsində ölümcül yaralanan Haiti Prezidenti Jovenel Moizin qatilləri tutulub”.
1news.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin rabitə naziri Franz Eksanthus “Twitter” səhifəsində bildirib.
Haitinin ABŞ-dakı səfiri bu məlumatı təsdiqləyərək deyib ki, hazırda onlar dindirilir.
Ölkə səlahiyyətliləri cinayətin arxasında xaricdən idarə olunan silahlı dəstələrin dayandığını ehtimal edirlər. Ölkədə 15 günlük hərbi vəziyyət elan olunub.
Digər ehtimala görə, sui-qəsdin təşəbbüskarı Haitidəki narkotik satıcılarıdır.
Qeyd edək ki, J.Moiz 7 fevral 2017-ci il tarixindən prezident vəzifəsini icra edirdi.
1news.az
763