Hərbi səbəblərlə əlaqədar əlilliyi ləğv edilən şəxslərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Hərbi səbəblərlə əlaqədar əlilliyi ləğv edilən şəxslərin sayı açıqlanıb

S.Xankişiyeva17:42 - 09 / 07 / 2021
Hərbi səbəblərlə əlaqədar əlilliyi ləğv edilən şəxslərin sayı açıqlanıb

“Hazırda əlillik müddəti başa çatmış və xüsusi səbəbdən əlilliyi olan şəxslərin növbəti müayinələri əyani şəkildə aparılır”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.

O deyib ki, əyani müayinələr zamanı sağlamlıq vəziyyəti əlillik dərəcəsinin təyininə əsas verməyən hallarda əlillik təyinatı da aparılmır: “Hərbi səbəblə əlaqələndirilmiş əlillik təyinatında xəstəlik və yaxud travma minimum 3-cü dərəcəyə əsas verdiyi halda ona əlillik təyin edilir. Əsas vermirsə, bu zaman hərbi səbəblə əlaqədar əlillik təyinatı verilmir. İndiki dövrə qədər mütəmadi müayinələr aparılıb. İndiyədək 840 nəfər müayinə olunub, onlardan 346 nəfərinə əlillik təyinatı aparılıb, 463 nəfərə isə müxtəlif səbəblərdən imtina verilib. Onlardan 98 nəfəri tam reabilitasiya olunub, 295 nəfərin diaqnozu əlillik təyinatına uyğun olmayıb. 13 nəfərə daha yüksək əlillik təyinatına imtina verilib və öz əlillik dərəcəsi saxlanılıb. 57 nəfərin müalicəsinin davam etdirilməsi qərarı verilib.

Paylaş:
387

Son xəbərlər

Bütün xəbərlər