Bu il 21 mindən çox şəxsə əlillik təyinatı aparılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu il 21 mindən çox şəxsə əlillik təyinatı aparılıb

S.Xankişiyeva10:41 - 13 / 07 / 2021
Bu il 21 mindən çox şəxsə əlillik təyinatı aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi işləri davam etdirilir.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, bu ilin 6 ayı ərzində Agentlik ümumilikdə 21 525 şəxsə əlillik təyin edib.

Onlardan 7 018 nəfərə ilkin, 14 507 nəfərə isə təkrar əlillik təyinatı aparılıb. 2020-ci ilin analoji dövrü ilə müqayisədə təyinatların sayı 68% artıb.

Həmin şəxslərə əlilliyə görə müvafiq sosial ödənişlər də təyin olunub.

Əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, “Əlillik” altsistemi üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.


Paylaş:
349

Son xəbərlər

Bütün xəbərlər