Prezident İlham Əliyev Pakistan Milli Assambleyasının sədrini qəbul edib - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Pakistan Milli Assambleyasının sədrini qəbul edib - FOTO - YENİLƏNİB

Qafar Ağayev16:21 - 27 / 07 / 2021
Prezident İlham Əliyev Pakistan Milli Assambleyasının sədrini qəbul edib - FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Pakistan Milli Assambleyasının sədri Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin və Baş nazir İmran Xanın salamlarını Azərbaycan Prezidentinə çatdırdı.

Prezident İlham Əliyev Pakistan Prezidentinin və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Arif Alvinə və İmran Xana çatdırmağı xahiş etdi.

Milli Assambleyasının sədri dövlətimizin başçısını 44 günlük Vətən müharibəsində qazanılan Qələbə münasibətilə təbrik edərək Pakistan xalqının bu Zəfəri Azərbaycan xalqı ilə birlikdə qeyd etdiyini dedi.

Görüşdə Pakistan Milli Assambleyasının sədrinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından önəmi qeyd edildi. Həmçinin Pakistan, Türkiyə və Azərbaycan parlamentlərinin sədrlərinin üçtərəfli görüşünün əhəmiyyəti vurğulandı, bu görüşün qardaş ölkələr arasında üçtərəfli tərəfdaşlığın inkişafı işinə xidmət etdiyi vurğulandı, Pakistan və Azərbaycanın bütün məsələlərdə hər zaman bir-birini dəstəkləyən qardaş ölkələr olduğu bildirildi.

Görüşdə İkinci Qarabağ müharibəsi zamanı Pakistanın dəstəyinə görə minnətdarlıq ifadə edildi, müharibənin ilk günlərindən dost ölkənin rəhbərliyinin Azərbaycanı dəstəklədiyi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı önəmli bəyanatlar verdiyi qeyd olundu.

Söhbət zamanı ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəklədikləri vurğulandı. Prezident İlham Əliyev Pakistana səfərini məmnunluqla xatırladaraq əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsinin zəruriliyini qeyd etdi.

Görüşdə Pakistan Milli Assambleyasının sədrinin Şuşaya edəcəyi səfərin əhəmiyyətinə toxunuldu və bu, ölkələrimiz arasında münasibətlərin inkişafının bariz nümunəsi kimi dəyərləndirildi.

Söhbət zamanı ölkələrimizin parlamentləri arasında əməkdaşlığın inkişafı məmnunluqla qeyd edildi.

13:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Pakistan Milli Assambleyanın sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Paylaş:
671

Son xəbərlər

“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27
Bütün xəbərlər