“Muğanbank” ASC maliyyə vəziyyətini açıqladı - MƏNFƏƏT İLƏ İŞLƏYİB | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Muğanbank” ASC maliyyə vəziyyətini açıqladı - MƏNFƏƏT İLƏ İŞLƏYİB

S.Xankişiyeva14:15 - 27 / 07 / 2021
“Muğanbank” ASC maliyyə vəziyyətini açıqladı - MƏNFƏƏT İLƏ İŞLƏYİB

"Muğanbank" ASC 2021-ci ilin 1-ci yarısını 556 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, bank ötən ilin eyni dövrünü 1 milyon 881 min manat xalis zərər ilə bağlamışdı.

GƏLİRLƏRİ XƏRCLƏRİNİ ÜSTƏLƏYİB

2021-ci ilin yanvar-iyun dövründə "Muğanbank"-ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 28 milyon 489 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 27 milyon 722 min manat, gəlirlər xərcləri üstələditindən əməliyyat mənfəəti 767 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan ehtiyatlara 212 min manat ayırdığından 2021-ci ilin ilk 6 ayını 556 min manat xalis mənfəət ilə başa vurub.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-iyun dövründə "Muğan Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 23 milyon 38 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 23 milyon 786 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 748 min manat təşkil etmişdi. Eyni zamanda, ehtiyat fondun 1 milyon 132 min manat ayırma edildiyindən zərər 1 milyon 881 min manata yüksəlmişdi.

BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB

2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin 1-ci yarısı ərzində "Muğanbank"-ın cəmi aktivləri 22 miylon 491 min manat və ya 3,8% artaraq 613 milyon 397 min manata çatıb. Müştərilərə verilmiş kreditlər isə 35 milyon 71 min manat və ya 10,4% artaraq 371 milyon 17 min manata yüksəlib.

30 İyun 2021-ci il tarixində "Muğanbank" ASC 101 milyon 334 min manat məcmu kapitala malik olub, bu da minimal tələbdən 2 dəfə çoxdur. "Muğanbank" 2020-ci ilin yekununda 91 milyon 697 min manat məcmu kapitala malik idi.

Bank normalara artıqlaması ilə cavab verir. Belə ki, “Muğanbank”-da 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı 14,94% (norma minimum 5%), məcmu kapitalın adekvatlıq əmsalı 18,79% (minimal 10% olmalıdır), Leverec əmsalı 12,64% (minimal 4% olmalıdır) təşkil edib.

Reklam hüququnda

Paylaş:
494

Son xəbərlər

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37
Bütün xəbərlər