Sahibə Qafarova: Türkiyə və Pakistan hər zaman Azərbaycana dəstək verib
“Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə torpaqlarını işğaldan azad edərək qələbə qazanıb. 2020-ci il Azərbaycanın tarixinə şanlı zəfər ili kimi daxil oldu”.
1news.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə keçirilən Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüşündə Milli Məclis sədri Sahibə Qafarova bildirib.
“Həm Türkiyə, həm də Pakistan İkinci Qarabağ savaşında müharibəsində Azərbaycana öz dəstəyini nümayiş etdirib. Eyni zamanda Azərbaycan da iştirak etdiyi beynəlxalq platformalarda Türkiyə və Pakistanın mövqeyini dəstəkləyib. Torpaqlarımızın işğal altında olduğu illərdə Türkiyə və Pakistan işğalçı Ermənistanla diplomatik əlaqə qurmaqdan imtina edib. Buna görə Türkiyə və Pakistana minnətdarıq”.
“Beynəlxalq münasibətlərdə ikili stantadrtlar hələ də qalmaqdadır” – deyə, S.Qafarova bildirib.
“İkili standartların artması bizi qardaş dövlətlər olaraq daha sıx əməkdaşlığa məcbur edir. İnanıram ki, bu gün əsasını qoyduğumuz üçtərlfi format qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə töhfə verəcək”.