Azərbaycanda ən iri online mağazası necə işləyir? OZZI.az layihəsinin rəhbərliyi ilə müsahibə – FOTO
Müasir dünya öz qanunlarını diktə edir. Artıq biz alış-veriş etmək üçün şəhərin müxtəlif yerlərində vaxt itirmirik, sadəcə onlayn mağazanın səhifəsini açırıq, istədiyimiz malları seçirik, sifariş veririk və sakitcə daha vacib işimizlə məşğul oluruq.
Bir neçə saat ərzində kuryer sifariş verdiyimiz məhsulları göstərilən ünvana çatdırır. Çox sadə və asan.
Lakin bu sadə əməllərin istehsalçılardan tutmuş kuryerlərədək bütün pərdəarxası iştirakçıları İsveçrə saatı kimi dəqiq işləyən iri layihənin hissəsidir.
Layihənin direktoru Ramil Səmədov və marketinq direktoru Kəmalə Məsimova Azərbaycanda ən böyük OZZI.az onlayn mağazasının necə işlədiyindən danışırlar.
Bu yaxınlarda yaradılan platformada siz dünyanın müxtəlif ölkələrinin 500 brendinin 50 mindən çox ən müxtəlif mallarını ala bilərsiniz: ev üçün hər şey və yaradıcılıq üçün hər şey, uşaqlar və ev heyvanları üçün mallar, elektronika və məişət texnikası, saatlar və bəzək əşyaları, kitablar və əyləncə ...
OZZI.az layihəsi necə yaranıb?
Kəmalə Məsimova: Biz bu layihə haqqında hələ 2018-ci ildə düşünmüşük. O zaman Azərbaycanda geniş çeşiddə məişət əşyaları və zinət əşyalarına malik 20-dən çox mağaza ilə təmsil olunan iri Italdizain holdinqi üçün onlayn satışlara başlamaq fikri yarandı.
Sonra isə biz öz onlayn mağazamızı yalnız bir holdinqin malları ilə məhdudlaşdırmamaq, yüksək səviyyəli xidmət və əlverişli qiymətlərlə nəhəng bir market place qurmaq qərarına gəldik. Biz əvvəldən müştərilərimizə yüksək səviyyəli xidmət göstərməyə yönəlmişik.
Ramil Səmədov: Üzərində 2 il işlədiyimiz bu layihəni biz 2020-ci ilin noyabrında işə saldıq. O, pilot sınağından uğurla keçdi və 1 yanvar 2021-ci ildən etibarən tam gücü ilə fəaliyyətə başladı. Hazırda saytda 30 iri təchizatçıdan 50 mindən çox mal var. Və bu yalnız başlanğıcdır.
İri onlayn mağaza vaxtımıza qənaət edir. Onun digər üstünlüyü nədir?
Ramil Səmədov: Birincisi, onlayn mağazamızda biz 10 ən böyük bölməni əhatə etmişik: ev üçün hər şey və yaradıcılıq üçün hər şey, uşaqlar və ev heyvanları üçün mallar, elektronika və məişət texnikası, saatlar və bəzək əşyaları, kitablar və əyləncə, hətta spirtli içkilər və zinət əşyaları!
Yəni siz sadəcə mağazadan alış-veriş etmək vaxtınıza qənaət etmirsiniz. Siz bir çox müxtəlif mağazalardan alış-veriş etmək vaxtınıza qənaət edirsiniz. OZZI.az-da diş fırçası da, şişmə hovuzu da, uşaq kitabları da, həyat yoldaşınıza hədiyyə kimi zinət əşyası da ala bilərsiniz. Və bu gözəl alış-verişinizi qeyd etmək üçün içkilər də. Burada hər şey var!
Yeri gəlmişkən, OZZI.az-ın əsas üstünlüyü odur ki, Avropanın qabaqcıl brendlərindən Italdizain lüks mallarını saytımızdan başqa heç bir yerdə onlayn şəkildə olaraq almaq olmaz.
Kəmalə Məsimova: OZZI.az platformasını getməyə ehtiyacınız olmayan nəhəng bir hipermarket hesab edin. Sadəcə veb saytımızı kompüterdə və ya smartfonda açırsınız, sifariş verirsiniz, biz isə hər şeyi toplayıb sizə ən qısa zamanda çatdırırıq.
Və bu hələ son deyil. Platformamızı, demək olar ki, bütün istiqamətlərdə genişləndirməyi planlayırıq. Yaxın gələcəkdə geyim bölməsini də açacağıq. Artıq Türkiyədən 40-dan çox təchizatçı ilə danışıqlar aparırıq və müştərilərimizə geyimi onların qiymətinə təqdim etməyi planlayırıq. Müştərilər çatdırılma üçün həddindən artıq ödəniş etməli, bəyannamə doldurmalı və bağlamanın yolda itməsindən narahat olmalı deyil. Biz özümüz sizin üçün hər şeyi edəcəyik.
Yeri gəlmişkən, çatdırılmadan danışaq. Malları ünvanlara tezmi çatdırırsınız?
Kəmalə Məsimova: Təchizatçılardan asılıdır. Çatdırılma 2 saatdan 1 günədək çəkə bilər.
Bizim üstünlüyümüz odur ki, biz malları yalnız Bakıya deyil, Azərbaycanın istənilən bölgəsinə çatdırırıq. Bundan əlavə, biz müştərilərə bir neçə müxtəlif çatdırılma variantları təqdim edirik.
Birincisi, seçim imkanıdır. Məsələn, siz saytda üç eyni növlü məhsul sifariş verə bilərsiniz. Kuryer onları sizə çatdıranda isə ən çox bəyəndiyiniz birini seçə bilərsiniz. Beləliklə, biz bir çox alıcının hər hansı bir məhsulu almazdan əvvəl onun bir neçə variantını görmək istəməsi problemini həll edirik.
İkincisi, geri qaytarma imkanı. Aldığınız məhsuldan xoşunuz gəlmirsə, siz onu alıcının hüquqları haqqında qanuna uyğun olaraq adi bir mağazada olduğu kimi həmin gün və ya 2 həftə ərzində kuryerimiz vasitəsilə geri qaytara bilərsiniz.
Üçüncüsü, taksit kartı daxil olmaqla kartla ödəmə imkanı. Kuryerlərimizin hər zaman üstündə aldığınız məhsulun qiymətini kartla ödəmək üçün bank terminalı olur. Və ən əsası, siz taksit kartlarından istifadə edib məhsulun ödənişini hissələrlə həyata keçirə bilərsiniz. 1Kart (Kapital Bank) kartından istifadə edirsinizsə, məhsulun qiymətini altı aya, Albalı (Unibank) kartından istifadə etdikdə isə məhsulun qiymətini bir ilə bölmək olar. Qeyd edim ki, siz həm "Ev üçün hər şey" bölməsindən məişət əşyalarını, həm də "Luxury" bölməsindən qiymətli zinət əşyalarını hissə-hissə ödənişlə əldə edə bilərsiniz.
Dördüncüsü, hətta xaricdə olduqda belə hədiyyə etmək imkanı. Çox vaxt xaricdəki müştərilərimiz Azərbaycandakı qohumları və dostları üçün veb saytımızda alış-veriş edirlər. Müştərinin istəyi ilə biz onlara hədiyyə qablaşdırılması hazırlayırıq və hətta açıqca da əlavə edirik.
Tezliklə biz istifadəyə OZZI hədiyyə kartını verməyi düşünürük. Dostunuza hədiyyə etmək istəyirsiniz, amma nəyi seçəcəyinizi bilmirsiniz? Ona bir kart təqdim edin və qoy o, öz istədiyini seçsin.
Bundan əlavə, bizim Bakının bir neçə rayonunda özüdaşıma məntəqələrimiz də var: Gənclik Mall-da, Elmlər Akademiyası metro stansiyasının yaxınlığında və 28 May küçəsində.
Müştərilərimizin bizim xidmətlərimizdən məmnun qalması üçün əlimizdən gələni əsirgəmirik.
Bəs malların qiyməti? Siz məhsulları təchizatçıların özləri ilə eyni qiymətə satırsınız?
Ramil Səmədov: Çox vaxt biz malları təchizatçıların öz mağazalarında satdığından daha ucuz satırıq.
Biz bayramlarda, mövsümün əvvəlində və hər ay çoxlu xüsusi kampaniyalar təşkil edirik. Məsələn, toy mövsümü üçün biz cehiz dəstlərinə xüsusi bir təklif etdik. Hazırda servizdən, qədəhlərdən və çəngəl-qaşıqdan ibarət "toy" dəsti OZZI.az saytında mağazalarda tək-tək satıldığından qat-qat ucuz satılır.
Kəmalə Məsimova: Bundan əlavə, bizim "Ayın Təklifi" rubrikamız alıcılar arasında çox məşhurdur. Hər ay biz bəzi məhsulları hətta təchizatçılardakı qiymətlərdən də ucuz qiymətlərlə təklif edirik. Və bu, həqiqətən şəhərdəki ən əlverişli qiymət olur. Hər ay endirimdə yeni məhsullar qrupu olur.
Bu yaxınlarda biz OZZI Çərşənbə kampaniyasını başlatdıq - hər çərşənbə müxtəlif mallar yalnız bizim veb saytımızda çox böyük endirimlərlə satılır. Bu, bir növ Black Friday-dir, lakin bir il gözləmək lazım deyil – bizim hər həftə endirimlərimiz olur!
Bütün bunlar müştərilərin veb saytımızı tez-tez ziyarət və əlverişli qiymətlərlə yeni məhsullar əldə etmələri üçün düşünülmüşdür. OZZI.az onlayn mağazasının əsas üstünlüklərindən biri burada hər zaman çox əlverişli qiymətlərlə geniş çeşiddə mal tapa bilmək imkanıdır. Müştəri məmnunluğu və rahatlığı bizim əsas məqsədlərimizdəndir.
Ramil Səmədov: Bu prinsipləri rəhbər tutaraq biz qısa müddətdə çox irəliyə getmişik. Saytımızı ziyarət edənlərin sayı günbəgün artır. Ziyarətçilər OZZI.az platformasının geniş seçim, maraqlı təkliflər və sərfəli qiymətlər üçün tez-tez baş çəkilməli olan əla bir market place olduğunu anlayır. Üstəlik, hər kəs burada yalnız gündəlik həyatımızda istifadə etdiyimiz adi malları deyil, həm də məhz özünə lazım olanı tapır.
Bizim "Ev üçün hər şey" adlı ən iri bölməmiz sizə məişət kimyəvi maddələrindən tutmuş mebellərədək ən geniş məhsul çeşidini təqdim edir. Həmçinin bizim içərisində kətandan tutmuş boyakarlıq texnikası üçün xüsusi boyalaradək təxminən 10 min məhsul olan "Hər şey yaradıcılıq üçün" adlı gözəl bir bölməmiz var.
Tez-tez müştərilər bizə masaüstü oyunlar və spirtli içkilər sifariş verirlər – dostlarla vaxtı əyləncəli keçirmək üçün. Yay mövsümü ərəfəsində bağ evləri üçün nəzərdə tutulmuş mallara xüsusi tələbat var idi. Bəzi alıcılar bizdən bağ evi üçün mebel və məişət texnikasından tutmuş qab-qacaq, şişmə hovuzu və paltar qurudanadək bütün hər şeyi aldılar. Bu, çox rahatdır! Bağ evində istirahət edirsiniz, ehtiyac duyduğunuz hər şeyi onlayn seçirsiniz və bir neçə saat ərzində hər şey ünvanınıza çatdırılır və hətta quraşdırılır.
Malları OZZI.az-da satmaq üçün sizin onlayn mağazanıza necə ortaq olmaq olar?
Kəmalə Məsimova: Çox sadə. Bunun üçün satışı artırmaq arzusunda olmaq, mallara malik olmaq və VOEN-ə sahib olmaq kifayətdir. Qalanlarını biz öz üzərimizə götürürük: məhsulun təqdimatı, reklamı və çatdırılması.
OZZI.az – hər kəs üçün! Həqiqətən də qısa müddət ərzində biz hər kəsin ehtiyac duyduğu məhsulları sərfəli şərtlərlə tapa biləcəyi Azərbaycanın ən iri onlayn mağazasına çevrilmişik.
OZZI.az onlayn mağazasının qısa nömrəsi - * 0221
Reklam hüququnda