İranın yeni Prezidenti: Azərbaycanla əlaqələrin daha da genişləndirilməsi üçün böyük addımlar atacağıq | 1news.az | Xəbərlər
Siyasət

İranın yeni Prezidenti: Azərbaycanla əlaqələrin daha da genişləndirilməsi üçün böyük addımlar atacağıq

S.Xankişiyeva14:00 - 07 / 08 / 2021
İranın yeni Prezidenti: Azərbaycanla əlaqələrin daha da genişləndirilməsi üçün böyük addımlar atacağıq

Azərbaycan Respublikası ilə əlaqələrin daha da genişləndirilməsi üçün böyük addımlar atacağıq.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu İranın yeni seçilən Prezidenti Seyid İbrahim Rəisi deyib.

İran Prezidenti bildirib ki, müştərək tarixə, dinə və milli adət-ənənəyə malik olan qonşu və dost dövlətlər böyük potensiala malikdirlər. Bu potensialdan istifadə edib qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha yüksək səviyyəyə qaldırmaq lazımdır.

Seyid İbrahim Rəisi qeyd edib ki, yeni hökumət yaxın qonşuları ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirəcək. Bu baxımdan Azərbaycan İranın yaxın qonşusu və dost dövlətdir. Hazırda İran ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əlaqələr mövcuddur. Lakin bu əlaqələr daha da inkişaf edə bilər. İqtisadiyyat, texnologiya, kənd təsərrüfatı sahələrində qarşılıqlı əməkdaşlıq üçün böyük imkanlar var. İran şirkətləri işğaldan azad olunan Azərbaycan ərazilərinin bərpasında yaxından iştirak etməyə hazırdırlar.

Prezident diqqətə çatdırıb ki, regional təhlükəsizlik məsələsində də iki dövlətin əlaqəli fəaliyyəti zəruridir. Regionda sülhün və əmin-amanlığın davamlı xarakter alması üçün birgə addımların atılması vacibdir. Rəsmi Tehran və Bakı xalqların mənafeyi üçün daha sıx əməkdaşlıq əlaqələri qurmalıdır və əlaqələr davamlı xarakter almalıdır.

Paylaş:
678

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər