Könül Nurullayeva: Sərhədlərin delimitasiya və demorkasiyası prosesinə heç kim mane ola bilməz | 1news.az | Xəbərlər
Siyasət

Könül Nurullayeva: Sərhədlərin delimitasiya və demorkasiyası prosesinə heç kim mane ola bilməz

S.Xankişiyeva10:45 - 12 / 08 / 2021
Könül Nurullayeva: Sərhədlərin delimitasiya və demorkasiyası prosesinə heç kim mane ola bilməz

Ermənistanın sərhəddə törətdiyi təxribatlar ilk növbədə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır. Bu, revanşizm cəhdidir, amma revanşizmin Ermənistana baha başa gələcəyi aydındır.

Ali Baş Komandanın da hər zaman bəyan etdiyi kimi, dəmir yumruq yerindədir. Burada təbii ki, sülhməramlıların fəaliyyətindəki boşluqlar da diqqətdən kənarda qalmamalıdır. Rusiya sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında da qeyd olunduğu kimi, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb.

Eyni zamanda Ermənistanın qanunsuz şəkildə öz silahlı qüvvələrinin şəxsi heyətini Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması istər hüquqi, istərsə də siyasi baxımdan yolverilməzdir. Bu, Ermənistana baha başa gələcək. Ermənistan bununla sərhədlərin delimitasiya və demorkasiyasına mane olmağa çalışır. Paşinyan sərhəd insidentləri hesabına dünya birliyinin dəstəyinə nail olmağa can atır. Amma Azərbaycan postmünaqişə hədəflərini yerinə yetirir.

Bu prosesə heç kim mane ola bilməz. Hazırda Ermənistan sərhəd məsələsində Rusiyadan dəstəyə ümid edir. Amma Kreml rəsmiləri əsas diqqəti kommunikasiyaların açılmasına yönəldir. Kommunikasiyaların açılması isə paralel aparılmalıdır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, burada selektiv yanaşmadan söhbət gedə bilməz.

Paylaş:
381

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər