Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşüb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşüb - FOTO - VİDEO

Qafar Ağayev09:12 - 18 / 08 / 2021
Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşüb - FOTO - VİDEO

Avqustun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisinə səfər çərçivəsində Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarla görüşüb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, görüşdə tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, regional təhlükəsizlik, ikitərəfli münasibətlər, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Paylaş:
734

Son xəbərlər

Bütün xəbərlər