Velosiped üzrə Azərbaycan çempionatına yekun vuruldu - FOTO | 1news.az | Xəbərlər
İdman

Velosiped üzrə Azərbaycan çempionatına yekun vuruldu - FOTO

Qafar Ağayev16:48 - 23 / 08 / 2021
Velosiped üzrə Azərbaycan çempionatına yekun vuruldu - FOTO

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının 2021-ci il üçün təsdiq etdiyi vahid idman təqvim planına əsasən İsmayıllı rayonunda keçirilən şose velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub.

1news.az xəbər verir ki, Son yarış günü qrup ötüşməsi üzrə daha 3 kateqoriyada ölkə çempionları müəyyənləşib.

İsveçrədəki Dünya Velosiped Mərkəzinin (WCC) komandasının tərkibində çıxış edən Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Ayan Xankişiyeva 23 yaşadək qızlar arasında 80 km məsafəyə ötüşmədə Azərbaycan çempionu olub. Eyni məsafəyə yarışan gənc oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbindən Nikita Sıtov finiş xəttini birinci keçib.

Kişilərin U23 və Elit yaş kateqoriyasında isə “Sərhədçi” İdman Olimpiya Mərkəzinin velosipedçisi Musa Mikayılzadə 140 km-lik marşrutu hamıdan tez qət edib. Qeyd edək ki, adları çəkilən idmançılar həm də fərdi ötüşmə yarışında Azərbaycan çempionu olmuşdular.

Mükafatlandırma mərasimində İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AzVİF-in baş katibi Fərhad Əliyev, həmçinin Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak ediblər. Qalib və mükafatçılar medal və diplomla təltif ediliblər.

Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) göndərilib və toplanan xallar həm idmançıların, həm də ölkəmizin reytinq cədvəlində öz əksini tapacaq.

Paylaş:
748

Sizin üçün xəbərlər

Son xəbərlər

Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02
Bütün xəbərlər