Milli Məclis sədrinin müavini Ukraynaya səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclis sədrinin müavini Ukraynaya səfər edəcək

Qafar Ağayev09:27 - 23 / 08 / 2021
Milli Məclis sədrinin müavini Ukraynaya səfər edəcək

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ukraynanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün avqustun 24-də ölkənin paytaxtı Kiyev şəhərinə səfər edəcək.

1news.az xəbər verir ki, tədbirlərdə müxtəlif ölkələrin və bir sıra beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edəcəklər.

Səfər avqustun 25-də başa çatacaq.

Paylaş:
442

Son xəbərlər

Bütün xəbərlər