Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub

Qafar Ağayev09:46 - 26 / 08 / 2021
Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 02:25-dən 03:40-dək fasilələrlə Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Paylaş:
646

Son xəbərlər

Şəhid anası vəfat etdi

30 / 10 / 2026, 15:05
Bütün xəbərlər