Azərbaycan hərbi təyyarələri “TurAz Şahini - 2021” təlimlərinə yola düşüb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan hərbi təyyarələri “TurAz Şahini - 2021” təlimlərinə yola düşüb

Qafar Ağayev16:54 - 01 / 09 / 2021
Azərbaycan hərbi təyyarələri “TurAz Şahini - 2021” təlimlərinə yola düşüb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri keçiriləcək.

1news.az xəbər verir ki, təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.
Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.

Paylaş:
535

Son xəbərlər

Bütün xəbərlər