“TurAz Şahini - 2021” təlimlərinə yola düşən heyət Türkiyədədir | 1news.az | Xəbərlər
Siyasət

“TurAz Şahini - 2021” təlimlərinə yola düşən heyət Türkiyədədir

Qafar Ağayev09:13 - 02 / 09 / 2021
“TurAz Şahini - 2021” təlimlərinə yola düşən heyət Türkiyədədir

"TurAz Şahini - 2021” təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyə Respublikasının Konya şəhərinə çatıb.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, hazırda təlimlərə hazırlıq məqsədilə heyətin yerləşdirilməsi, planlama və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.

Paylaş:
442

Son xəbərlər

Bütün xəbərlər