Şanlı ömrün qısa xülasəsi | 1news.az | Xəbərlər
Köşə

Şanlı ömrün qısa xülasəsi

13:50 - 08 / 09 / 2021
Şanlı ömrün qısa xülasəsi

Müəllif: Ruslan Məmmədov

Bu dünyadan bir insan keçdi...

Həm şanlı idi, həm səxavətli idi, həm də vətənini sevən. Bu dünyadan Namiq Həsənov keçdi! Onun haqqında çox şey yazmaq olar. Amma onun müstəqilliyimizin ilk illərindəki fədakarlığı, xüsusən də blokada şəraitində olan Naxçıvanın müdafiəsi, əhalinin təhlükəsizliyinin təmin olunmasındakı gördüyü işlər, təkcə məmur olaraq yox, insan olaraq əksəriyyətinin bacara, edə bilməcəyi bir sücayət idi.

90-cı illərin əvvəli idi. Erməni təcavüzünün artığı bir dönəmdə polis polkovniki Namiq Həsənov uniformasını hərbi geyimlə əvəz edib, vətən fədaisi kimi torğaqlarımızın müdafiəsinə qatıldı. O, Sədərək, Şada, Kərməçataq, Buzqov, Günnüt və digər yaşayış məntəqələrindəki ən ağır döyüşlərin iştirakçısı və rəhbərlərindən olub. Yəqin ki, o dövrün ağır döyüşlərini görən, bilən və yaşayan Naxçıvan vətəndaşları Namiq Həsənovun ruslardan helikopter alaraq, mühasirədə qalan, yaralı polis əməkdaşlarını o ərazidən çıxardığını da xatırlayar.

Onun bu xidmətləri, vətəninə, millətinə bağlılığı Ulu Öndər Heydər Əliyevin də diqqətindən yayınmırdı. Qısa zaman ərzində Namiq Həsənov Ulu Öndərin köməkçilərindən, sirdaşlarından oldu.

Namiq Həsənov Naxçıvanda Heydər Əliyevə qarşı sui-qəsdin qarşısını aldığına görə, xidmətdən kənarlaşdırılsa, o, öz postunu əzm nümayiş edərək Heydər Əliyevin göstərişi ilə tərk etmədi. Qısa zaman kəsiyində Naxçıvanın asayişinin keşikçisi oldu.

Heydər Əliyevdən sonra Naxçıvan MR-in Ali Məclisinin sədri kimi bir çox yerli ölkə əhəmiyyətli qərarların qəbulunda xidmətləri olub. Namiq Həsənov Azərbaycan Konstitusiyasını hazırlayan ziyalılarımızdan olub. Əhalinin rifahı üçün çətin və qayğılı dövrdə (1995-2000) Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini kimi çalışıb. Namiq Həsənovun nazir müavini kimi çalışdığı dövrdə, əllilik, sosial müavinət, pensiya ilə bağlı yeni qanunlar hazırlanıb ki, bu da dövrünün tələblərinə tam cavab verirdi.

Ehtiyyatda olan polis polkovniki, qazi və siyasi xadim. Bəli, Namiq Həsənov adının mənasının xarakter və xidmətləri ilə tam olaraq haqqını verib.

Dövlət, millət və vətən üçün “gizli qəhrəman”lardan olan Namiq Həsənov 76 illik ömrünə bir neçə həyat sığdırmağı bacardı. O, bu ömrün qayğısından, çətinliklərindən, problemlərindən alnıaçıq, başı uca çıxmağı bacardı. Ruhunuz şad, məkanınız Tanrı dərgahının ən uca yeri olsun, Namiq müəllim. Vətən, millət, dövlət üçün etdikləriniz örnək, miras və nümunədir…

Paylaş:
1049

Sizin üçün xəbərlər

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər