Qarabağ Dirçəliş Fondunun Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri ilə görüşü keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qarabağ Dirçəliş Fondunun Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri ilə görüşü keçirilib - FOTO

20:27 - 08 / 09 / 2021
Qarabağ Dirçəliş Fondunun Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri ilə görüşü keçirilib - FOTO

8 sentyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri ilə görüşü keçirilib.

Görüşdə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Müşahidə Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, həmçinin ABA-nın Rəyasət Heyətinin üzvləri və bank sektorunun nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev çıxış edib.

Daha sonra tədbir iştirakçıları ilə sual-cavab sessiyası keçirilib, müzakirələr aparılıb.

Tədbirdə dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film nümayiş olunub.

Müzakirələr zamanı mövcud donorlarla əməkdaşlığın genişləndirilməsinin, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsinin, cəmiyyətin müxtəlif təbəqələri ilə yanaşı maliyyə və bank sektorunun, potensial donorların həmrəylik göstərərək prosesə cəlb olunmasının vacibliyi xüsusi vurğulanıb.

Qeyd edək ki, tədbirdə yaxın günlərdə Qarabağ Dirçəliş Fondu ilə Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair Memorandumun imzalanacağı barədə məlumat açıqlanıb. Eyni zamanda Qarabağ Dirçəliş Fondu ilə Azərbaycan Banklar Assosiasiyasının birgə layihələrinin həyata keçirilməsi üçün işçi qruplarının yaradılmasına qərar verilib.

Sonda işğaldan azad olunan ərazilərdə görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edən bank sektorundan olan donorlara xüsusi “İanə Sertifikatı” təqdim olunub.

Qeyd edək ki, görüşdə iştirak edən PAŞA Bank ASC, Kapital Bank ASC, Bank Respublika ASC, Xalq Bank ASC, Unibank ASC, Ziraat Bank ASC, Rabitəbank ASC, Bank of Baku ASC, Günay Bank ASC, Muğanbank ASC, Turanbank ASC, Yelobank ASC, Expressbank ASC, Aqrarkredit QSC, Azər-Türk Bank ASC Qarabağ Dirçəliş Fonduna ümumilikdə 2.550.000 AZN ianə edib.

Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Paylaş:
518

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər