Zəngin ölkələrin peyvənd ehtiyatları yığması pandemiyanı uzadır - ÜST | 1news.az | Xəbərlər
Dünya

Zəngin ölkələrin peyvənd ehtiyatları yığması pandemiyanı uzadır - ÜST

1news Redaksiyası09:42 - 08 / 09 / 2021
Zəngin ölkələrin peyvənd ehtiyatları yığması pandemiyanı uzadır - ÜST

Koronavirusa (COVID-19) qarşı peyvəndlərin yığılması pandemiyanın uzanmasına xidmət edir.

1news.az xəbər verir ki, Trend-in "CNBC" telekanalına istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerxov deyib.

M. Van Kerxov bildirib: "Bu yalnız ədalətsizlik deyil, bu addım həmnçinin pandemiyanı uzadır".

Qeyd edilir ki, Avropa İttifaqı əhaləsinin 57 faizini tam peyvənd edib, həmçinin Fransa və Böyük Britaniyada buster dozalar tətbiq etməyə başlayır. Lakin Afrika əhaləsinin yalnız 3 faizi koronavirusa qarşı tam peyvənd olunub.

1news.az

Paylaş:
825

Son xəbərlər

Bütün xəbərlər