Fərid Qayıbov: İdmanda növbəti nailiyyətləri əldə edə bilərik | 1news.az | Xəbərlər
İdman

Fərid Qayıbov: İdmanda növbəti nailiyyətləri əldə edə bilərik

S.Xankişiyeva10:46 - 13 / 09 / 2021
Fərid Qayıbov: İdmanda növbəti nailiyyətləri əldə edə bilərik

Ölkə Prezidenti İlham Əliyevin Gənclər və İdman Nazirliyinə rəhbər təyin olunmağım haqda sərəncamı ilə mənə göstərdiyi etimad, mənim üçün böyük şərəfdir.

Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov Facebook səhifəsində yazıb.

O, təbriklərə görə hər kəsə təşəkkürünü bildirib: “Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm”.

Paylaş:
758

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər