Prezident Cəlilabada yeni başçı təyin etdi - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Cəlilabada yeni başçı təyin etdi - SƏRƏNCAM

13:42 - 14 / 09 / 2021
Prezident Cəlilabada yeni başçı təyin etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Rafiq Cəlilovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən xəbərinə görə, Sərəncamda qeyd edilir ki, Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Rafiq Cəlilov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilib

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər