İspaniya-Azərbaycan turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib | 1news.az | Xəbərlər
Siyasət

İspaniya-Azərbaycan turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Qafar Ağayev16:44 - 14 / 09 / 2021
İspaniya-Azərbaycan turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

İkitərəfli münasibətlər, turizm əlaqələrinin inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi məsələləri sentyabrın 14-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə İspaniya Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Patrisia Serrano Sançez arasında müzakirə edilib.

1news.az xəbər verir ki, Fuad Nağıyev xanım Patrisia Serrano Sançezi Azərbaycan üzrə yeni müvəqqəti işlər vəkili təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Agentlik sədri İspaniyada keçirilən beynəlxalq turizm sərgilərinin ölkə turizminin təbliğatı istiqamətində faydalı platformalar rolunu oynadığını bildirərək ölkəmizin bu sərgilərdə iştirakından danışıb.

O, həmçinin yaxın gələcəkdə yeni turizm destinasiyası kimi təqdim olunacaq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində turizm infrastrukturunun formalaşdırılması işləri, eləcə də planlaşdırılan layihələr haqda müvəqqəti işlər vəkilini məlumatlandırıb.

Xanım Patrisia Serrano Sançez öz növbəsində ikitərəfli əlaqələr və qarşılıqlı turist səfərlərinin mühümlüyünü vurğulayıb. O, postpandemiya dövründə turizm sahəsinin bərpasından sonra qarşılıqlı turist səfərlərinin artacağından əminliyini ifadə edib.

Görüş çərçivəsində, həmçinin postpandemiya dövründə turizm sahəsinin bərpası məqsədilə planlaşdırılan tədbirlər haqqında da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İspaniya Krallığı epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edilməsi ilə əlaqədar Azərbaycana səfər məhdudiyyətlərinin götürüldüyü 42 ölkə arasında yer alır.

Paylaş:
437

Son xəbərlər

Bakıda daha iki avtobus marşrutunun fəaliyyəti bərpa edilirBu gün, 17:00İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı veribBu gün, 16:39COP29 ilə Qlobal iqlim diplomatiyası: “Yaşıl enerji” dialoqlarıBu gün, 16:21İçərişəhərdə uşaqların COP29-a həsr etdikləri ““Planet ilə söhbət” sərgisinin açılışı olub - FOTOBu gün, 16:07Kəmaləddin Heydərov İnam Heydər Maliklə görüşdüBu gün, 15:55ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla! - FOTOBu gün, 15:37Kamran Əliyev Gürcüstanın Baş prokuroru ilə görüşübBu gün, 15:1420 yaşlı qadın körpəsini itirdiBu gün, 14:55“Brilyant əl” filminin məşhur aktrisası vəfat edibBu gün, 14:29COP29-da Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib - FOTOBu gün, 14:12BDU-nun dosenti Feyruz Həsənov vəfat edibBu gün, 13:49Türkiyədə zəlzələ olubBu gün, 13:34Anar Məmmədov Samuxda vətəndaş qəbulundaBu gün, 13:20Tərtərdə polis əməkdaşı vəfat edibBu gün, 12:51Qar yağacaq - Sabahın hava proqnozuBu gün, 12:35Tənzilə Narbayeva: COP29 iqlim dəyişikliyi ilə mübarizədə böyük önəmə sahibdirBu gün, 12:13Saymon Stil: İqlim dəyişikliklərinin mənfi təsirlərinin aradan qaldırılması ilə bağlı planlar kağız üzərində qalmamalıdırBu gün, 12:05COP29 Prezidenti: İqlim dəyişikliyi problemlərinin aradan qaldırılmasında parlamentlər mühüm rola sahib ola bilərlərBu gün, 11:55Qəzadan yaralı çıxan sürücünü başqa avtomobil vurduBu gün, 11:32PAİ prezidenti: İqlim dəyişikliyi ilə mübarizə təkcə qanunvericiliklə deyil, eyni zamanda siyasi iradə ilə olmalıdırBu gün, 11:12
Bütün xəbərlər