“Delimitasiyanı Xankəndisiz həll etmək bizim üçün mümkün deyil!” - Politoloq | 1news.az | Xəbərlər
Siyasət

“Delimitasiyanı Xankəndisiz həll etmək bizim üçün mümkün deyil!” - Politoloq

11:07 - 14 / 09 / 2021
“Delimitasiyanı Xankəndisiz həll etmək bizim üçün mümkün deyil!” - Politoloq

“Ermənistan tərəfi vəziyyətin nə yerdə olduğunu, başqa alternativlərin mövcudluğunu öyrənmək üçün bir neçə dəfə hücumlar etdi”.

Bu sözləri 1news.az-a açıqlamasında politoloq Elman Vəliyev bildirib.

“Amma anladı ki, seçim qalmayıb, münasibətləri bərpa etməkdən başqa yol yoxdur. Baş Nazir Nikol Paşinyan Türkiyə ilə münasibətləri nizamlamağın mümkün olduğunu deyir. Türkiyə tərəfi də buna müsbət cavab verdi”.

O, qeyd edib ki, Azərbaycan-Türkiyə əlaqələri daha da güclənir:

“Laçın təlimi aşkar bir mesaj idi, Türkiyə demək istədi ki, artıq burdayıq. O ki qaldı Rusiyaya, Rusiya tərəfi də bölgədə öz seqmentini stabil saxlamağın getdikcə çətinləşdiyinin fərqindədir. ATƏT-in Minsk qrupunun bölgədə mövcud olmaq niyyəti, Türkiyənin daha da irəliləməsi, Rusiya sülhməramlılarının mandatının rəsmi Bakı tərəfindən ratifikasiya edilməməsi Rusiya üçün narahatlıq yaradır. Paşinyan Azərbaycanla da münasibətləri qura biləcəyini dilə gətirdi. Delimitasiya və demarkasiya proseslərinin həll edilə biləcəyini bildirir. Hesab edirəm ki, Paşinyan bu delimitasiyanı "Dağlıq Qarabağ" ətrafındakı rayonlarla, Qazaxın kəndləri ilə həll edilə biləcəyini nəzərdə tutur. "Dağlıq Qarabağ"statusu Ermənistan tərəfi üçün problem olaraq qalır. Yəni delimitasiya və demarkasiyada bu bölgəni nəzərdə tutmayırlar”.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın avqustun axırında Moskvada həmkarı Sergey Lavrov ilə görüşəndə "Artsaxın" müqəddəratı barədə mesaj verdiyini deyən politoloq bildirdi ki, Moskvada bunu dilə gətirmək mühüm məsələdir:

“Yəni Mirzoyan demək istədi ki, Rusiya da bilsin və bizə dəstək olsun. Ancaq Azərbaycan tərəfi öz mövqeyində qətiyyət göstərməlidir”.

Delimitasiyanı Xankəndisiz həll etmək bizim üçün mümkün olmadığını deyən politoloqun fikrincə Azərbaycan tərəfi də Ermənistanın danışıqlarda müsbət yanaşmasına qarşı müsbət cavab verəcək.

“Ermənistan tərəfi delimitasiyada özlərinin təkliflərini də irəli sürəcək. Türkiyə ilə avtomobil və dəmir yol nəqliyyatı əlaqələri müzakirə ediləcək. Münaqişə tərəfləri arasında irihəcimli müharibə gözləmək olmaz. Ancaq lazımlı zamanda güc amillərindən istifadə ediləcək. Moskvanın vasitəçiliyi ilə 3 tərəfli danışıqlar masası yenidən qurula bilər. Gürcüstan vasitəsilə də münaqişə tərəfləri arasında dialoqlar mümkün ola bilər. Proseslərin Azərbaycanın leyhinə gedəcəyini söyləyə bilərik!”- deyə Elman Vəliyev əlavə etdi.

Aytən Sakitqızı

Paylaş:
426

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər