“Bu, ermənilərin Azərbaycanda yaşaması üçün yeganə çıxış yoludur” – Deputatdan Ermənistana XƏBƏRDARLIQ! | 1news.az | Xəbərlər
Siyasət

“Bu, ermənilərin Azərbaycanda yaşaması üçün yeganə çıxış yoludur” – Deputatdan Ermənistana XƏBƏRDARLIQ!

11:34 - 15 / 09 / 2021
“Bu, ermənilərin Azərbaycanda yaşaması üçün yeganə çıxış yoludur” – Deputatdan Ermənistana XƏBƏRDARLIQ!

“Ermənistan üçtərəfli bəyanatın bütün bəndlərini icra etməyə məcbur ediləcək”.

Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazdə bildirib.

"Azərbaycan hal-hazırda böyük qayıdış layihəsini həyata keçirir. Qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanın açılışı onu göstərir ki, Qarabağ Azərbaycandır və Qarabağ torpağının əsl sahibləri geri dönməyə hazırlaşır".

Millət vəkili əlavə edib ki, Azərbaycan dost ölkələrlə birlikdə “Ağıllı kənd”, “Ağıllı şəhər” və bu kimi böyük infrastruktur layihələrini həyata keçirəcək.

“Bu həm Ermənistana, həm də Azərbaycan torpağında yaşayan ermənilərə bir mesajdır. Bu torpaqlarda azərbaycanlılarla birgə yaşamaq mesajı. Ermənistan qonşu ölkələrə qarşı ərazi iddialarına son qoymalıdır. Bu ermənilərin Azərbaycana məxsus bölgədə yaşaması üçün yeganə çıxış yoludur. Ümumiyyətlə Ermənistanın revanşist fikirləri bu ölkənin məhvinə gətirib çıxara bilər. Dəmir yumruq yerindədir. Azərbaycan hər zaman erməni təxribatına cavab verməyə hazırdır. Lakin Azərbaycanın planları bölgədə sülh, stabillik, tərəfdaşlıq sistemini formalaşdırmaqdır. Ən əsas plan isə Qarabağı cənnətə çevirməkdir”.

A.Mollazadə bildirib ki, Qarabağda kommunikasiya sistemi tam bərpa olunduqdan sonra, bu bölgə bütün dünyanın diqqət mərkəzində olacaq.

"Deyə bilərəm ki, Qarabağ böyük turist mərkəzinə çevriləcək. Elə buna görə də Ermənistanın yeganə xilas yolu, sülhü seçməkdir. Əks halda çox ciddi faciələrlə üzləşə bilərlər".

Aytən Sakitqızı

Paylaş:
611

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər