“Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?!” Prezidentin məmurlara sillə kimi dəyən çıxışı millət vəkilini dilə gətirdi | 1news.az | Xəbərlər
Siyasət

“Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?!” Prezidentin məmurlara sillə kimi dəyən çıxışı millət vəkilini dilə gətirdi

14:05 - 16 / 09 / 2021
“Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?!” Prezidentin məmurlara sillə kimi dəyən çıxışı millət vəkilini dilə gətirdi

“Son illər bir çox yüksək vəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb ediliblər”.

1news.az xəbər verir ki, bu sözləri ötən gün Cəlilabad və Şəmkir Rayonlarına yeni təyin edilən icra başçılarını vəzifələrinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən prezident İlham Əliyev deyib. Ölkə rəhbəri qəbulda səsləndirdiyi fikirlərlə hər bir məmura sözün əsl mənasında sillə vurub:

“Nəyə görə? Törətdikləri cinayətlərə görə, əməllərə görə. Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq. Bir neçə rayonun icra başçıları hətta sosial cəhətdən ən həssas təbəqənin nümayəndələrindən də pul, rüşvət almışlar. Mənim təşəbbüsümlə ən həssas təbəqə üçün yüz minə yaxın ödənişli ictimai iş yeri açılıbdır və orada məvacib minimum əməkhaqqına bərabərdir. Bunları da çox görüblər o insanlara və onların da ödəniş kartlarını öz kabinetlərində saxlayaraq oradan pul çəkmişdilər. Yəni bu qədər vicdansızlıq ola bilərmi?. Dəstəyə, sosial müdafiəyə ehtiyacı olan ailələrə Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardımın da dalına keçirlər. Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?! Bu insanlar özlərini biabır edirlər, bizim iqtidarımıza ləkə vururlar. Əgər kimsə hesab edir ki, bu, onlar üçün nəticəsiz qalacaq, səhv edir”.

Ölkə başçısının bu çıxışının bütün məmurlara, icra orqanlarına xəbərdarlıq olduğunu deyən millət vəkili Jalə Əliyeva 1news.az-a bildirdi ki, ölkədə şəffaflığın təmin edilməsi, ədalət prinsipinin bərqarar olması və ölkə başçısının hər zaman kreativ məsələ kimi önə sürdüyü insan kapitalının üstün yerə çıxması üçün dövlət səviyyəsində bütün addımlar atılır:

“Təəssüf ki, bəzi məmurlar vəzifələrini tam olaraq dərk etmirlər. Onlar səlahiyyətlərindən sui-istifadə edirlər. Bunun da əlbəttə ki, ölkə rəhbəri tərəfindən vaxtında qarşısı alınır. Əgər vətəndaşın problemləri həll edilmirsə, vətəndaş məmnuniyyətsizliyinə səbəb olan hansısa hallar baş verirsə, biz bunun qarşısını vaxtında almalıyıq. Baş verən hadisələrdən hər bir məmurun dərs götürməyi vacibdir. Heç kim düşünməsin ki, məndən ötdü, başqasına dəydi prinsipi ola bilər. Heç kim məsuliyyətdən kənarda qala bilməz. Baş verən hadisələrin gedişi onu göstərir ki, hazırda qədəm qoyduğumz mərhələ vətəndaşla çalışan qrumlardan böyük məsuliyyət, ədalətlilik, mərhəmətlilik və peşəkarlıq tələb edir. Bax bu prinsiplər bir cəmiyyətin idarə edilməsində hər zaman önə sürülüb”.

Aytən Sakitqızı

Paylaş:
1320

Son xəbərlər

Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47
Bütün xəbərlər