TürkPA-nın növbəti iclasının vaxtı və yeri məlum olub | 1news.az | Xəbərlər
Siyasət

TürkPA-nın növbəti iclasının vaxtı və yeri məlum olub

11:40 - 16 / 09 / 2021
TürkPA-nın növbəti iclasının vaxtı və yeri məlum olub

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) onuncu plenar iclası sentyabrın 27-28-də Qazaxıstanın Türküstan şəhərində keçiriləcək.

1news.az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Məclisinin (aşağı palata) mətbuat xidmətinin Məclisin sədri Nurlan Niqmatulinin TürkPA-nın baş katibi Altınbek Mamayusupovla görüşünün yekunlarına dair yaydığı məlumatda bildirilir.

“Görüşdə TürkPA-nın 10-cu - yubiley plenar iclasına hazırlıq müzakirə olunub. Türkdilli ölkələrin parlamentlərinin forumu sentyabrın 27-28-də türk dünyasının paytaxtı Türküstan şəhərində keçiriləcək. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament sədrləri iştirak edəcək”, - deyə məlumatda qeyd olunur.

Özbəkistan parlamentinin rəhbərliyi və üzvləri də iclasa dəvət olunub.

TürkPA-nın onuncu iclasının ötən il Qazaxıstanda keçirilməsi nəzərdə tutulsa da, pandemiya səbəbindən 2021-ci ilə təxirə salınmışdı.

Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılmış TürkPA-ya Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxildir. Macarıstan 2014-cü ildə təşkilatda müşahidəçi statusu alıb.

Parlament Assambleyası Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) himayəsi altında fəaliyyət göstərir.

TDƏŞ-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə təmsil olunur.

1news.az

Paylaş:
304

Son xəbərlər

Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47
Bütün xəbərlər