Kamaləddin Qafarov: “Azərbaycan-Türkiyə-Pakistan ittifaqı qardaşlıq və həmrəylik birliyidir” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Azərbaycan-Türkiyə-Pakistan ittifaqı qardaşlıq və həmrəylik birliyidir”

10:00 - 18 / 09 / 2021
Kamaləddin Qafarov: “Azərbaycan-Türkiyə-Pakistan ittifaqı qardaşlıq və həmrəylik birliyidir”

“Bu gün Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli dostluq və əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə formalaşıb və bütün istiqamətlərdə uğurlu inkişafını davam edir. Bu baxımdan 12 sentyabr 2021-ci il tarixdə başlanmış və sentyabrın 20-dək davam edəcək “Üç qardaş - 2021” birgə beynəlxalq təlimi son dərəcə böyük əhəmiyyət kəsb edən bir tarixi hadisədir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin birgə keçirdikləri təlimin regional sülhün qorunması baxımından da böyük önəm kəsb etdiyini vurğulayan millət vəkili bildirib ki, birgə hərbi təlimlər həm də ölkələrimiz arasında münasibətlərin məhz qarşılıqlı hörmət və etimad əsasında formalaşdığını nümayiş etdirir: “Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə özünün ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazda yeni geosiyasi reallıqların yanmasını həyata keçirdi. Bu reallıqlar fonunda diqqəti cəlb edən ən mühüm məqamlardan biri də yeni siyasi konfiqurasiyaların formalaşması oldu. Bu baxımdan məhz Azərbaycan - Türkiyə - Pakistan münasibətləri bu gün bütün dünyanın diqqətini cəlb edən bir alyans formatını almaqdadır.

Məlumdur ki, ölkəmizin qardaş Türkiyə ilə yanaşı Pakistanla da münasibətləri daim diqqət mərkəzində olub. Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistana təpki göstərmək məqsədilə bu ölkə ilə sərhədlərini bağlamış Türkiyə kimi, Pakistan da bu məsələdə ilk gündən prinsipial mövqe tutub. Ölkəmizin müstəqilliyini tanıyan, Azərbaycanda səfirliyini açan ilk dövlətlərdən biri olaraq Pakistan daima Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyib və erməni işğalına etiraz əlaməti olaraq bu ölkə ilə diplomatik əlaqələrdən imtina edib. Pakistan Azərbaycanın mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl şəkildə müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın lehinə 4 məlum qətnamənin qəbul olunmasında Türkiyə ilə birgə böyük rol oynayıb.

Bu gün də Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq, qardaşlıq və bütün sahələrdə tərəfdaşlıq münasibətlərinin bariz nümunəsidir. Əlbəttə ki, bu beynəlxalq təlim həm də 3 ölkə arasında mövcud olan hərbi-siyasi formatda münasibətlərin yeni mərhələyə keçidinin göstərisidir. Heç şübhəsiz, bu cür təlimlər Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlığı daha da möhkəmləndirəcək. Bu isə birmənalı olaraq Cənubi Qafqaz regionunda davamlı sülhün, inkişafın və təhlükəsizliyin bərqərar olması işinə xidmət edəcək.”

Kamaləddin Qafarov Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlərin möhkəmliyini təmin edən əsas amillərdən birinin də bu münasibətlərin təkcə dövlətlərarası formatda deyil, həm də bu üç ölkənin xalqları arasında yaşanan dostluq əlaqələrinin olduğunu qeyd edib: “Ötən əsrin sonlarından start götürən yeni dünya düzəninin formalaşması prosesi bu gün də davam edir. Bu qlobal proses ilk növbədə yeni dünyada yeni güc mərkəzlərinin, yeni alyansların yaranması ilə müşayiət olunur. Təbii ki, Azərbaycan da Avrasiya məkanının ən əhəmiyyətli geostrateji regionlarından biri olan Cənubi Qafqazın lider dövləti kimi bu proseslərdən kənarda qala bilməz. Əksinə, Vətən müharibəsinin nəticələrinə görə öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan yeni dünya düzəninin formalaşmasında ən aktiv şəkildə iştirakını bütün dünyaya nümayiş etdirdi. O cümlədən 27 iyul 2021-ci il tarixdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə imzalanmış Bakı Bəyannaməsi də ölkəmizin bundan sonra da həmin proseslərdə aktiv iştirak edəcəyini təsdiq edən beynəlxalq hüquqi sənəd kimi mühüm əhəmiyyət kəsb edir. Belə bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmizin bu gün nüvə dövləti olan Pakistanla və NATO-nun ən böyük quru qoşunlarına malik olan Türkiyə ilə strateji müttəfiq olaraq yanaşı durması sözsüz ki, Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır və dövlətimizi daha geniş geosiyasi arealda söz sahibi kimi tanınmasına xidmət edir. Bu isə, birmənalı olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasətin növbəti təntənəsi kimi dəyərləndirilməlidir. Unutmaq olmaz ki, Azərbaycan da Kəşmir problemində İslamabadın mövqeyini daim dəstəkləyib və ölkəmizin iştirak etdiyi layihələrdə Pakistanın da tam iştirakı üçün ona hərtərəfli dəstək verib.

Digər tərəfdən isə Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlərin möhkəmliyi təkcə dövlətlərarası formatda deyil, həm də bu üç ölkənin xalqları arasında yaşanan dostluq əlaqələri ilə təmin olunur. Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi münasibətilə şəhər və kəndlərimizdə müqəddəs bayrağımızla yanaşı, Pakistan və Türkiyə bayraqlarının da qürurla dalğalandırıldığı günlərdə bu ölkələrin də xalqları bizim Qələbəmizi eyni sevinclə, eyni coşqu ilə qeyd ediblər. Ölkələrimiz arasında sıx əlaqələrin olması da əməkdaşlıq üçün yeni və daha geniş imkanlar açır. Şübhə yoxdur ki, “Üç qardaş – 2021” beynəlxalq təlimi də ordularımız arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək və beynəlxalq terrorla mübarizədə güc və imkanlarımızı daha da artıracaq”.

Paylaş:
413

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05
Bütün xəbərlər