Rusiyada universitetə silahlı hücum olub - Ölənlər və yaralananlar var | 1news.az | Xəbərlər
Dünya

Rusiyada universitetə silahlı hücum olub - Ölənlər və yaralananlar var

Qafar Ağayev11:44 - 20 / 09 / 2021
Rusiyada universitetə silahlı hücum olub - Ölənlər və yaralananlar var

Rusiyanın Perm şəhərində universitetdə atışma olub.

1news.az-ın Rusiya KİV-lərinə istinadən xəbərinə görə, Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq atəş açıb.

Tələbə və müəllimlərin otaqlarda gizləndiyi, bir neçə nəfərin pəncərələrdən tullandığı deyilir. İlkin məlumatlara əsasən, silahlı hücum nəticəsində 8 nəfər ölüb, azı 14 nəfər yaralanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayətkar saxlanılıb.

Paylaş:
775

Son xəbərlər

Bütün xəbərlər