Prezident İlham Əliyevin Qarabağla bağlı müəyyənləşdirdiyi yol xəritəsi uğurla icra edilir | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyevin Qarabağla bağlı müəyyənləşdirdiyi yol xəritəsi uğurla icra edilir

15:37 - 22 / 09 / 2021
Prezident İlham Əliyevin Qarabağla bağlı müəyyənləşdirdiyi yol xəritəsi uğurla icra edilir

“Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il İkinci Qarabağ savaşının başlandığı gün-sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd ediləcək.

Bu günün şəhidlərin əziz xatirəsinin Anım Günü kimi qeyd edilməsi təsadüfi deyil. Çünki 44 günlük Vətən müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin təqdimatı oldu. Vətən müharibəsinin davam etdiyi günlərdə xalqa bütün müraciətlərində, xarici mətbuata müsahibələrində Azərbaycanın danışıqlar masası ətrafında hansı şərtlər daxilində oturacağını bəyan edən dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın diz çökəcəyini, gec-tez yalvarışlar edib danışıqlara gələcəyini diqqətə çatdırırdı.

Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanat ölkəmizin möhtəşəm hərbi-siyasi Qələbəsini, Ermənistanın biabırçı məğlubiyyətini təsdiqləmiş oldu. 44 günün hər anının tələbi, əsas çağırışı bu idi ki, bütün torpaqlarımız işğalçılardan təmizlənməli, ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Başqa cür ola da bilməzdi. Çünki təcavüzün davam etdiyi 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızda qurulan keçilməz istehkamlar, Ermənistanın qeyri-qanuni yollarla silahlandırılması Azərbaycana qarşı qurulan bir çox çirkin planlara aydınlıq gətirmişdi. Şübhəsiz, sülh danışıqları adı altında müharibəyə hazırlıq görən, himayədarları tərəfindən durmadan silahlandırılan Ermənistan hər halda belə hiyləgər addımlarının özü üçün ağır sonluqla başa çatacağını anlamamış deyildi. Ona görə ki, Azərbaycan daim ən yüksək tribunalardan sülh danışıqları səmərə verməyəcəyi təqdirdə müharibə variantına əl atmağa məcbur olacağını bəyan edəndə Ermənistan və onun havadarları bunu Azərbaycanın sülh danışıqlarından imtinasi kimi təqdim edirdilər. 44 günlük İkinci Qarabağ müharibəsi onların bu mifini də darmadağın etdi. Tarixi torpaqlarımızda işğalçı Ermənistan ordusunu məhv edərək, erməni cəlladlarını cəzalandıraraq, şəhidlərimizin qisasını alaraq 30 ilə yaxın yolumuzu gözləyən doğma Qarabağımıza qalib kimi qayıtdıq. Bu gün tarixi ərazilərimizdəyik və doğma torpaqlarımızda əbədi olacağıq”.

1news.az xəbər verir ki, bu fikirləri YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, hər zaman xalqına güvənən, onun dəstəyinə arxalanan Prezidentə xalqın sonsuz məhəbbəti şəksizdir: “Vətən müharibəsinin davam etdiyi 44 gündə xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli birlik və siyasi həmrəylik Qələbəmizin ideoloji əsasına çevrildi. Ölkə Prezidenti xalqın dəmir yumruq kimi birliyinin təminatçısı oldu. Siyasətdə, döyüş meydanında, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfərimizin müəllifi kimi adını tarixə əbədi yazdı. Ölkə Prezidentinin möhtəşəm Qələbəmizlə başa çatan postmüharibə dövrünün ilk günlərindən başlayaraq işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının bu müqəddəs torpaqlarımızı ziyarət etməsi kimi dəyərləndirilir. Bu səfərlər çərçivəsində Prezident İlham Əliyev diqqəti 30 illik işğal dövrünün reallıqlarına, bir çox aparıcı dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara söykənən siyasətinə, Ermənistanın ona edilən havadarlıqdan daha da ruhlanaraq yeni ərazilərlə bağlı müharibə planları hazırlamasına yönəldərək bu addımların sonda işğalçı dövlətin diz çökməsi ilə nəticələnməsini böyük qürur hissi ilə qeyd edir. Bildirir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində beynəlxalq səviyyədə tanınan ərazilərimizdən Ermənistanın işğalçı qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi qurumun çox mühüm siyasi bir jesti idi. Lakin əfsuslar olsun ki, 30 ildə bu qətnamələr icra olunmadı. Dövlət başçısı BMT tribunasından daim Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsini qaldıraraq bəyan etmişdir ki, bəzi hallarda qətnamələr qısa müddət ərzində icra olunur, lakin Azərbaycana gəldikdə isə onların icrası nədənsə “yaddan çıxır.” Azərbaycan cəmiyyətini daim ciddi narahat edən əsas məsələ bu qətnamələri qəbul edən, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçünün- ABŞ, Fransa və Rusiyanın artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri kimi öz vəzifələrinə biganə yanaşmaları, əksər hallarda təcavüzkarın yanında olmaları idi. Onların həmsədr ölkə missiyalarını ona görə keçmiş zamanda qeyd edirik ki, münaqişə artıq başa çatmışdır və bu günün reallığında 28 ildə mandatına uyğun addım atmayan qurumun fəaliyyətinə ehtiyac yoxdur. Çünki Minsk qrupu ötən 28 ildə çox imkanları əldən verib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibənin baş verməsinə görə məsuliyyət təkcə Ermənistanın deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür.”

YAP Xətai rayon təşkilatının sədri bu fikri böyük qürur hissi ilə qeyd edib ki, bu gün artıq Azərbaycan diktə edən tərəfdir və Ermənistan məğlub ölkə kimi Azərbaycan Prezidentinin fikirləri ilə hesablaşmağa məhkumdur: “Dövlət başçısı işğalçı Ermənistanın ona təklif olunan sülh təklifinə laqeyd münasibətinə qarşı bu bəyanatı səsləndirir ki, əgər sülh müqaviləsi imzalanmasa, peşman olan tərəf Ermənistan olacaq. Çünki Azərbaycan bu təklifi masa üzərində əbədi saxlamalı deyil.”

“Prezident İlham Əliyev sülh müqaviləsinin imzalanmasının zəruri şərt olduğunu vurğulamaqla bir daha öz siyasi iradəsini və Azərbaycanın dəyişməz mövqeyini ortaya qoydu” söyləyən V. Rəhimzadə bildirib ki, İkinci Qarabağ müharibəsinin qalibi olan rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı bütün çıxışlarında Ermənistana və havadarlarına mesajlar verir. Dövlət başçısı hər dəfə onlara xatırladır ki, “dəmir yumruq” yerindədir.

V. Rəhimzadə vurğulayıb ki, bütün dünya bu reallığın şahididir ki, Prezident İlham Əliyev Qarabağla bağlı müəyyənləşdirdiyi yol xəritəsini uğurla icra edir: “Dövlət başçısının iqtisadi rayonların yenidən bölgüsü ilə bağlı Fərmanı əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması da 30 ildən artıq davam edən münaqişənin tarixə qovuşduğunu, Cənubi Qafqaz regionunda yeni geosiyasi səhifənin açıldığını təsdiqləyir. Tezliklə Zəngəzur dəhlizinin açılması isə Azərbaycanın dövlət başçısının təklif etdiyi yeni əməkdaşlıq formatının yaranması üçün real zəmin yaratmış olacaq. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa və quruculuq işləri Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı yaxınlaşdırmaqla 2030-cu ilə qədərki dövrü əhatə edən Milli Prioritetlərin uğurla reallaşacağına əminliyi artırır”.

1news.az

Paylaş:
292

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18
Bütün xəbərlər