“Sarsılmaz qardaşlıq-2021” təlimində iştirak edəcək türkiyəli hərbçilər Azərbaycana gəlib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

“Sarsılmaz qardaşlıq-2021” təlimində iştirak edəcək türkiyəli hərbçilər Azərbaycana gəlib – FOTO

S.Xankişiyeva17:52 - 22 / 09 / 2021
“Sarsılmaz qardaşlıq-2021” təlimində iştirak edəcək türkiyəli hərbçilər Azərbaycana gəlib – FOTO

Türkiyə Silahlı Qüvvələrinin Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” təlimində iştirak edəcək hərbçilərinin yolasalınma mərasimi keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz Twitter səhifəsində bildirib.

Qeyd olunub ki, hərbçilər Türkiyə ordusunun 1-ci mexaniki piyada briqada komandanlığından yola salınıb.

Türkiyəli hərbçiləri Türkiyə-Azərbaycan sərhədində Araz çayı üzərindəki “Ümid” körpüsündə Azərbaycan hərbçiləri qarşılayıb.

Paylaş:
729

Son xəbərlər

Bütün xəbərlər