Naxçıvanda şəhid ailələri və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün pul ayrıldı - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Naxçıvanda şəhid ailələri və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün pul ayrıldı - SƏRƏNCAM

16:08 - 23 / 09 / 2021
Naxçıvanda şəhid ailələri və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün pul ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən xəbərinə görə, Sərəncamla Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzillə və ya fərdi evlə təmin olunması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyon manat vəsait ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər