Cavid Osmanov: “Düşmənin uzun illər formalaşdırdığı mif cəmi 44 günə darmadağın edildi” | 1news.az | Xəbərlər
Siyasət

Cavid Osmanov: “Düşmənin uzun illər formalaşdırdığı mif cəmi 44 günə darmadağın edildi”

17:34 - 23 / 09 / 2021
Cavid Osmanov: “Düşmənin uzun illər formalaşdırdığı mif cəmi 44 günə darmadağın edildi”

"Azərbaycanın azadlıq müharibəsi olan 44 günlük hərbi əməliyyatlar ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələndi".

Bu fikirləri 1news.az-a açıqlamasında millət vəkili Cavid Osmanov bildirdi:

“Vətən müharibəsi Ermənistana Azərbaycanın gücünü, bütün dünyaya isəgüclü dövlət olduğunu sübut etmiş oldu. Taixdən bilirik ki, baş vermiş müharibələr əksərən aylarla, illərlə davam edib. Məhz ötən ilin 27 sentyabrında hərbi əməliyyatlar başlayarkən, böyük əksəriyyət insanlar bəlkə də düşünürdülər ki, bu müharibə də ayalarla davam edəcək. Biz Birinci Qarabağ müharibəsində də bunu görmüşdük. Yəni, hərbi əməliyyatların bu qədər qısa olacağını heç kəs düşünməzdi. Bu hal özü elə Azərbaycan dövlətinin gücünün, qüdrətli orduya sahib olduğunun göstəricisidir”.

Deputat əlavə etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gündə parlaq Zəfər qazandı.

“Eyni zamanda Vətən müharibəsi ilə ölkəmiz regionda və dünyada yeni reallıqlar yaratmış oldu. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar ondan ibarətdir ki, ərazi bötüvlüyümüz təmin olundu, düşmənin uzun illər ərzində formalaşdırdığı mif cəmi 44 günə darmadağın edildi. Ölkəmizin dünyada yaratdığı yeni reallıqlar isə ondan ibarətdir ki, Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya nümayiş etdirmiş oldu. Azərbaycan dövləti öz haqlı və qətiyyətli mövqeyində qalmaqla, həmçinin beynəlxalq riyakarlığa da qarşı olduğunu sübut etmiş oldu.

Vətən müharibəsindən sonra Azərbaycanın gücünü, güclü dövlət olduğunu görən dünya ölkələri ölkəmizlə münasibətlərinə yenidən baxmaq qərarına gəldilər. Biz bunu “Dəmir yumruq” əməliyyatı başa çatandan sonra ölkəmizin xarici əlaqələri sahəsində baş verən dəyişikliklərdən də asanlıla görə bilərik. Çoxlu sayda ölkələr ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bu ötən müddət ərzində etiraf ediblər. Təssüf ki, Azərbaycanın gücünü, qazandığı parlaq Zəfəri, əldə etdiyi uğurları gözü götürməyən anti-Azərbaycan dairələr də mövcuddur. Xalq, dövlət olaraq biz bu dairələrə qarşı davamlı olaraq mübarizə aparmalı, ölkəmizin suverenliyini, müstəqilliyini qoruyub saxlamalıyıq”- deyə, Cavid Osmanov əlavə etdi.

Aytən Sakitqızı

Paylaş:
755

Son xəbərlər

Yol polisi yağmurlu hava ilə bağlı müraciət edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12
Bütün xəbərlər