“Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə yaxın vətəndaşımız barədə məlumat verməyib” | 1news.az | Xəbərlər
Siyasət

“Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə yaxın vətəndaşımız barədə məlumat verməyib”

Qafar Ağayev10:20 - 24 / 09 / 2021
“Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə yaxın vətəndaşımız barədə məlumat verməyib”

Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır.

1news.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Ermənistan onların taleyi ilə bağlı bizə məlumat verməlidir. Bizdə olan etibarlı məlumatlara əsasən, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb. Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapılıb.

Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır".

Paylaş:
443

Son xəbərlər

Bütün xəbərlər