Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

S.Xankişiyeva10:05 - 25 / 09 / 2021
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüşlərdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı məlum mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Paylaş:
492

Son xəbərlər

Bütün xəbərlər