“Ordumuz döyüş hazırlığına görə MDB məkanında öndədir” – Deputat tarix yazanlardan danışdı | 1news.az | Xəbərlər
Siyasət

“Ordumuz döyüş hazırlığına görə MDB məkanında öndədir” – Deputat tarix yazanlardan danışdı

15:09 - 27 / 09 / 2021
“Ordumuz döyüş hazırlığına görə MDB məkanında öndədir” – Deputat tarix yazanlardan danışdı

"Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür. Düz 1 il əvvəl Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə ilə əks-hücumla Vətən müharibəsinə başlayıb".

Bu fikirləri 1news.az-a açıqlamasında deputat Vüqar Bayramov səsləndirib.

“Bir il öncə Ermənistan tərəfindən növbəti hərbi təxribat törədildi və yaşayış məntəqələrimiz və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Həmin gün düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Beləliklə də, ölkəmizin ərazi bütövlüyü, tarixi ədalət, beynəlxalq hüquq bərpa etdi”.

Azərbaycanın artıq yeni quruluculuq mərhələsinə qədəm qoyduğunu deyən millət vəkili əlavə etdi ki, vətəndaşlarımız öz ata-baba evlərinə dönməklə, 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə həyat yenidən canlanacaq:

“Bu, ölkə iqtisadiyyatının yeni mərhələdə inkişafı baxımdan da vacibdir.Hazırda ordumuz dünyada ən güclü 50 ordusu sırasındadır. Azərbaycan Ordusu həmçini döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Ponu da qeyd edim ki, Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.Allah bütün şəhidlərimizə rəhmət etsin!”

Aytən Sakitqızı

Paylaş:
426

Son xəbərlər

Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25
Bütün xəbərlər